Azad Əyyub oğlu Abdullayev (9 iyun 1976, Yenikənd, Qazax rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Sərhəd Qoşunları komandanının birinci müavini, qərargah rəisi (2026-cı ildən).

Həyatı Azad Abdullayev 1976-cı il iyun ayının 9-da Qazax rayonu Yenikənd kəndində anadan olmuşdur. 1983–1993-cü illərdə Qazax rayonu Şahnabat Nəsibova adına Sarıvəlli kənd orta məktəbində təhsil almışdır.

1994-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş, 1998-ci ildə həmin ali hərbi təhsil müəssisəsini “Sərhəd” ixtisası üzrə bitirmişdir.

Hərbi fəaliyyəti Azad Abdullayev əvvəlcə Sərhəd Qoşunlarının Göytəpə şəhərində yerləşən "N" saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışmışdır. 2022-ci ilin avqust ayında ona general-mayor ali hərbi rütbəsi verilmişdir. O, sərhəd mühafizəsinin təmin edilməsində və Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin qorunmasında mühüm xidmətlər göstərmişdir.

Təltifləri "Vətən uğrunda" medalı — 16 avqust 2018 "Azərbaycan Bayrağı" ordeni — 17 avqust 2021

İstinadlar

Xarici keçidlər