Crosses (stilizə edilmiş formada: †††) — 2011-ci ildə Los-Anceles şəhərində təsis edilmiş və fəaliyyətə başlamış musiqi qrupu. "Deftones"un vokalisti Çino Moreno ilə "Far" qrupunun gitara ifaçısı Şon Lopesin birgə təşəbbüsü ilə yan-layihə olaraq ərsəyə gətirilmişdir.

Qrupun hər iki yaradıcı üzvü uşaqlıqdan bəri dostluq münasibəti saxlayır. Mahnıları qotik-rok, vitç-haus və darkveyv istiqamətlərinə aid edilir. İki albom çıxarıblar. İlki qrupun yaranmasından üç il sonra 2014-cü ildə işıq üzü görüb, digəri isə 2023-cü ilin oktyabrında, Hellouin bayramı ərəfəsində.

Diskoqrafiya Studiya albomları Crosses (2014) Goodnight, God Bless, I Love U, Delete. (2023)

Minialbomlar EP1 (2011) EP2 (2012) EP3 (2014) Daytrotter Session - Mar 30, 2014 (2014) Permanent Radiant (2022) Permanent Radiant Remixed (2023)

İstinadlar

Kateqoriya:2011-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Sumerian Records artistləri Kateqoriya:2010-cu ildə yaranan musiqi qrupları