Ol-Doinyo-Lenqai — Tanzaniyanın şimalında yerləşən, fəaliyyətdə olan vulkan. İki kraterə malik olan bu vulkan konusundan ibarətdir və tarixi dövr ərzində şimal krateri püskürmələrə məruz qalmışdır. Yer üzərindəki vulkanlar arasında unikal olaraq, natrokarbonatit adlanan və qeyri-adi dərəcədə aşağı temperaturda və yüksək axıcılıqda olan maqma növünü püskürdüyü üçün məşhurdur. 2007-2008-ci illərdə baş verən püskürmələr ətraf regiona təsir göstərmişdir.

Ad

Masai və Sonco xalqları bu vulkanı "Tanrı Dağı" adlandırır. Digər adları arasında "Basanjo", "Donjo Ngai", "Duenjo Ngai", "Mongogogura", "Mungogo wa Bogwe" və "Oldonyo L'Engai" də var.

İstinadlar

Xarici keçidlər

Ol Doinyo Lengai, The Mountain of God

Ol Doinyo Lengai at nationalgeographic.com Ol Doinyo Lengai at Stromboli Online Ol Doinyo Lengai at Volcano World St Lawrence University Oldoinyo Lengai Fred Belton's Ol Doinyo Lengai site Ol Doinyo Lengai Photos 2001 Volcano Discovery Ol Doinyo Lengai volcano, Tanzania Video of molten carbonatite lava flow eruptions at Ol Doinyo Lengai volcano

Kateqoriya:Əlifba sırasına görə vulkanlar Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Tanzaniyadakı stratovulkanlar Kateqoriya:Afrika dağları Kateqoriya:Afrika geologiyası Kateqoriya:Dağ zirvəsi – ikiminliklər Kateqoriya:Müqəddəs şəhərlər