thumb|Atropiya bayrağı thumb|Atropiyanın xəritəsi Atropiya — ABŞ ordusu tərəfindən təlim məqsədləri üçün yaradılmış uydurma ölkə. Atropiya, ABŞ hərbi qulluqçularının beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyət göstərməli olduqları uydurma "Qərbpərəst diktatura" rolunu oynayır.
Tarixi və təlimlərdə istifadəsi Atropiya ilk dəfə 2012-ci ildə ABŞ Ordusunun təlim komandanlığı tərəfindən yaradılmışdır. Bu ölkənin guya Qafqazda yerləşdiyi və sərhədlərinin təxminən Azərbaycanla üst-üstə düşdüyü bildirilir. Ölkənin qonşularına "Limariya", "Kemaliya", "Donoviya", "Gorqas" və "Ariana" daxildir.
"Atropiya" adı Kaliforniyanın Moxave səhrasında yerləşən Fort İrvin Milli Təlim Mərkəzində inşa edilmiş 12 saxta kənddən ibarət kompleks üçün istifadə olunub. "Atropiya" filmi də bu təlim mərkəzinin adını daşıyır.
"Atropiya" həmçinin Luizianadakı Fort Polk Birgə Hazırlıq Təlim Mərkəzində, həm də Şimali Karolinadakı Fort Bragg bazasında keçirilən döyüş meydanı təlimlərində istifadə olunub.
"Atropiya" kompüter əsaslı hərbi simulyasiyalarda da istifadə edilib.
Əməliyyat mühiti Aşağıda ABŞ Ordusunun Təlim və Doktrina Komandanlığının "Qəti Fəaliyyət Təlim Mühiti" (DATE) sənədində təsvir olunan Atropiya haqqında ümumi məlumat verilmişdir.
Siyasət Atropiya "neytral, Qərbə meyilli oliqarxiya" kimi təsvir olunur. Ölkədə şəxsi azadlıqlar çox məhduddur və hökumət avtokratik üsulla idarə olunur. Atropiya Qafqazda yerləşir. Hökumət daxilində korrupsiya geniş yayılmışdır.
İqtisadiyyat Atropiyanın əsas gəlir mənbələri onun neft və təbii qaz ehtiyatlarından ibarətdir.
Ordu Atropiyanın silahlı qüvvələri dörd əsas qol üzrə bölünür: quru qoşunları, dəniz piyadaları, donanma və hava qüvvələri. Bundan əlavə, iki yarımhərbi qurum da mövcuddur — milli polis və sərhəd mühafizəsi.
İstinadlar
Kateqoriya:Uydurma ölkələr Kateqoriya:Amerikan hərbi mədəniyyəti