Batman Universiteti — Türkiyədə universitet. Bu, 28 may 2007-ci ildə Prezident Əhməd Necdət Sezər tərəfindən təsis edilməsi təsdiqlənərək açılan 17 universitetdən biridir.
2021-ci ilin fevral ayında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rektoru vəzifəsinə Prof. Dr. İdris Dəmir təyin olunmuşdur."T.C. Resmî Gazete". www.resmigazete.gov.tr. 6 Şubat 2021 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 5 Nisan 2023.
Tarixi Batman Universiteti 28 may 2007-ci ildə 5662 saylı Ali Təhsil Müəssisələrinin Təşkili Qanununda və Ali Təhsil Müəssisələrinin Tədris İşçilərinin Kadrları Haqqında Qanun Hökmlü Fərman ilə Ümumi Kadr və Qaydalar Haqqında Qanun Hökmlü Fərmana əlavə cədvəllərdə dəyişiklik edilməsinə dair Qanunun 88-ci əlavəli maddəsi ilə təsis edilmişdir.
1975-1976-cı tədris ilində Milli Təhsil Nazirliyinin rəsmi ali təhsil departamenti nəzdində qurulan Batman Peşə Məktəbi, 1982-ci ildə 41 saylı Qanun Fərmanı ilə Dəclə Universitetinə birləşdirilmişdir. 2007-ci ildə Batman Universitetinə çevrildi və müvəqqəti olaraq İnönü Universitetinin rektoru tərəfindən idarə olunmuşdur. 9 sentyabr 2008-ci il tarixindən etibarən Abdüssəlam Uluçamın rektor təyin edilməsi ilə universitet öz müstəqil idarəçiliyinə sahib olmuşdur.
Tələbə və işçi heyətinin sayı Tələbə sayı 12 399, akademik heyət sayı 515, inzibati işçi sayı 329-dur."Arşivlenmiş kopya". 2 Şubat 2023 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2 Şubat 2023.
Rektorlar
Prof. Dr. Abdüsselam Uluçam (2008-2017) Prof. Dr. Aydın Durmuş (2017-2021) Prof. Dr. İdris Dəmir (8 fevral 2021 - davam edir)
Akademik bölmələr
Fakültələr:
Stomatologiya fakültəsi Elm və ədəbiyyat fakültəsi Mühəndislik və memarlıq fakültəsi Texniki təhsil Fakültəsi İqtisadi və idarəetmə elmləri fakültəsi Gözəl incəsənət fakültəsi Texnologiya fakültəsi İslami elmlər fakültəsi Sağlamlıq elmləri fakültəsi Turizm fakültəsi
İnstitutlar:
Təbii Elmlər İnstitutu Sosial Elmlər İnstitutu Sağlamlıq Elmləri İnstitutu
Kolleclər:
Bədən Tərbiyəsi və İdman Kolleci Xarici Dillər Kolleci
Peşə Məktəbləri:
Texniki Elmlər Peşə Məktəbi Sosial Elmlər Peşə Məktəbi Beşiri Sənaye Zonası Peşə Məktəbi Hasankeyf Peşə Məktəbi Kozluk Peşə Məktəbi Sağlamlıq Xidmətləri Peşə Məktəbi Sason Peşə Məktəbi
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri