Riçard Ernst Artşvager (; ) — amerikalı rəssam, illüstrator və heykəltəraş. Onun əsərləri pop-art, Konseptual incəsənət və minimalizm ilə əlaqəlidir.

Erkən həyatı və yaradıcılığı

Artşvager Vaşinqtonda, Kolumbiya dairəsində avropalı mühacir valideynlərin ailəsində anadan olub. Atası Ernst Artşvager Prussiyada anadan olmuş və vərəmdən çox əziyyət çəkən protestant botanik idi.Holland Cotter (October 25, 2012), An Enigma Wrapped in Formica New York Times. Anası, Korkoran İncəsənət Məktəbində təhsil alan həvəskar rəssam və dizayner Yevgeniya (qızlıq soyadı Brodski) yəhudi ukraynalı idi.Charmaine Picard (October 25, 2012), ARTINFO. Artşvager sənətə olan sevgisini anasından alıb. Atasının səhhətinin pisləşməsi səbəbindən ailə 1935-ci ildə Nyu-Meksiko ştatının Las-Kruses şəhərinə köçüb. O dövrdə Artşvager artıq rəsm çəkmək istedadını nümayiş etdirirdi.

1941-ci ildə Artşvager Kornell Universitetinə daxil olub və orada kimya və riyaziyyat üzrə təhsil alıb. 1944-cü ilin payızında o, ABŞ ordusuna yazıldı və İkinci Dünya müharibəsində döyüşmək üçün İngiltərə və Fransaya göndərildi. Başından yaralanan ona Frankfurtda inzibati vəzifə təyin edildi və orada yüksək vəzifəli məhbusları qitə boyunca daşıdı. Onların arasında norveçlilər tərəfindən müharibə cinayətlərinə görə mühakimə olunmaq üçün Osloya gətirdiyi alman generalı Nikolaus fon Falkenhorst da var idi. Artşvager daha sonra Vyanada kəşfiyyat postuna təyin edildi. Məhz orada həyat yoldaşı Elfride Vejmelka ilə tanış oldu. İkisi 1946-cı ildə evləndilər və 1947-ci ildə ABŞ-yə qayıtdılar. Daha sonra Artşvager kollecə qayıtdı və 1948-ci ilin fevralında fizika üzrə bakalavr dərəcəsi ilə məzun oldu.

İstinadlar

Xarici keçidlər

Richard Artschwager at Gagosian Gallery Richard Artschwager at David Nolan Gallery Richard Artschwager at Xavier Hufkens, Brussels Museum of Contemporary Art Los Angeles on Richard Artschwager A finding aid to the Richard Artschwager papers, 1959-2013 in the Archives of American Art, Smithsonian Institution

Kateqoriya:26 dekabrda doğulanlar Kateqoriya:1923-cü ildə doğulanlar Kateqoriya:Vaşinqtonda doğulanlar Kateqoriya:9 fevralda vəfat edənlər Kateqoriya:2013-cü ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:ABŞ heykəltaraşları Kateqoriya:Kornell Universitetinin məzunları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:XXI əsr ABŞ rəssamları Kateqoriya:XX əsr ABŞ rəssamları