250px|thumb|right|Hiçhiriki ifa edən musiqiçilər Hiçhiriki (Yaponca:篳篥) — Yaponiyamənşəli nəfəsli musiqi aləti. O, klassik Yapon musiqisində geniş yer alan, qoboy ailəsinə mənsub olan ənənəvi qədim (VIII əsr) Yapon nəfəsli alətidir. Kiçik ölçüsünə baxmayaraq, hiçhiriki zil və uca səs çıxarır. Adətən bambukdan hazırlanır. Onun diapazonu bir oktavadır.
Hiçhiriki qədim dövrlərdən bəri tanınan və bombarda, tulum, zhaleyka, tütək, qayta və zurna kimi müxtəlif mədəniyyətlərdə orijinal formasında qorunub saxlanılan müasir qoboyun birbaşa sələfləri hesab edilən alətlərdən biridir.
Hiçhiriki Yaponiyada geniş yayılsa da, onun vətəni Çin hesab olunur. Hiçhiriki VIII əsrdə Yapon mədəniyyətinə daxil olan Çin aləti olan quandan (bili) törəyib.
Hazırda alət Yapon mədəniyyətində mərasim nəğmələrində və rəqslərində istifadə olunur.
Alətin gövdəsi ənənəvi olaraq albalı ağacının qabığı ilə bəzədilib. Gövdəsində yan dəliklər var. Alətin sonunda ikiqat qamış, eləcə də səsin ucalığını və tonunu tənzimləyərək səsin bərpasında mühüm rol oynayan tənzimləmə halqası var.
İstinadlar
Xarici keçidlər
Traditional Japanese Music Hichiriki (by Thomas Piercy)
Kateqoriya:Nəfəsli musiqi alətləri Kateqoriya:Yaponiya musiqi alətləri Kateqoriya:Yapon dilində sözlər və ifadələr