Üsd əl-qabə fi mərifət əs-səhabə () və ya Üsdul-qabə () — İbn əl-Əsirin səhabələrin həyatı haqqındakı əsəri.
Əsər "Üsd əl-qabə fi mərifət əs-səhabə"in girişdə verilən məlumara görə, əsərdə səhabələr haqqında məlumatlar əlifba sırası ilə verilmişdir. Müəllif bunu edərkən də sözün kökünü deyil, sözün baş hərfini əsas götürmüşdür. Əsərdə həmçinin hədisçilərin səhabə tərifi və özünü qeyd etdiyi hədis mənbələrini də təqdim etmişdir. Müəllif əsəri qələmə alınma səbəbinin müasirlərinin təşfiqi ilə olduğunu qeyd etmiş və məqsədinin digər ədəbiyyatlardakı səhabə tərcümeyi-hallarındakı qarışıqlıqları aradan qaldırmaq olduğunu demişdir.
Əsərin qələmə alınmasında Əbu Nuaym əl-İsfahani, İbn Əbdülbər, İbn Məndə və Əbu Musa əl-Mədini kimi müəlliflərin əsərlərindən bəhrələnilmişdir.
"Üsd əl-qabə fi mərifət əs-səhabə" müxtəlif tarixlərdə dəfələrlə nəşr edilmişdir (Qahirə: 1868-1870; Tehran: 1958; Beyrut: 1997 və s.).
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar Kateqoriya:Sünni hədis topluları