Qurcara Pratihara) — VI–XI əsrlərdə Şimali Hindistan ərazisinin böyük hissəsini idarə etmiş Hindistan sülaləsidir. Ən yüksək çiçəklənmə dövründə (təxminən 836–910-cu illərdə) Qurcara-Pratihara imperiyası tutduğu əraziyə görə Qupta imperiyası ilə müqayisə edilə bilirdi.

«Prithvirac-raso» epik əsərində təsvir olunan əfsanəyə görə, Pratiharalar böyük rişi Vasişthanın Abu dağında yandırdığı qurban odundan yaranmış aqnikula racput tayfasına mənsub idilər. Pratihara imperiyasının paytaxtı Kannauc şəhəri olmuşdur.. — «In 9th century the Gurjara Pratiharas kings, Bhoja (836—885) and Mahendrapala (885—910), proved to be more powerful than their contemporaries of the other two dynasties whom they defeated several times. Kannauj then emerged as the main focus of power in India.».. — «Rajasekharan, the great poet and playwright at the Gurjara-pratihara court of Kannauj..».. — «Al-Masudi who visited his (Gurjara Mahipala) court, also refers to the great power and resources of the Gurjara pratihara rules of Kannauj.».

X əsrdə Qurcara-Pratihara hökmdarları özlərini Maharajadhiraca Aryavarta (yəni Şimali Hindistanın hökmdarları) adlandırırdılar.

İstinadlar

Kateqoriya:Orta əsrlərin tarixi dövlətləri Kateqoriya:Hindistan sülalələri Kateqoriya:VI əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:İmperiyalar Kateqoriya:Sülalələr Kateqoriya:VIII əsrdə yaranmış dövlətlər və ərazilər