RMS Queen Mary 2 — Birləşmiş Krallıq gəmiçilik şirkəti "Cunard Line"ın flaqman gəmisi olan okean layneri. "Carnival Corporation & plc"yə məxsusdur. 12 yanvar 2004-cü ildə istifadəyə verilib. İstifadəyə verildiyi zaman dünyanın ən böyük sərnişin gəmisi idi. İlin bir hissəsində Sauthemptondan Nyu-Yorka gedən ənənəvi transatlantik marşrutda yeganə gəmi kimi xidmət göstərir. İlin qalan hissəsində isə bütün dünyada kruiz gəmisi kimi xidmət göstərir.

Hazırda o, RMS (kral poçt gəmisi) təyinatlı yeganə böyük gəmidir. Transatlantik gəmiçiliyin çiçəklənmə dövründə bu status Britaniya poçt xidməti (Royal Mail) ilə müqavilə əsasında poçt daşıyan ən sürətli və ən etibarlı laynerlər üçün qorunurdu.

RMS Queen Mary 2 Fransanın Sen-Nazer bölgəsində yerləşən dünyanın ən böyük gəmiqayırma zavodlarından biri olan "Chantiers de l'Atlantique" tərəfindən inşa olunub. Qalereya Gəminin interyerləri bahalı materiallarla bəzədilib və tələbkar müştərilərə xidmət göstərir:

İstinadlar

Xarici keçidlər

Cunard: Queen Mary 2, Official website Location tracking at MarineTraffic Queen Mary 2 (QM2) on Chris' Cunard Page Video Clips of QM2 at Newport and Boston "Queen Mary 2" – review by Douglas Ward in The Daily Telegraph, London.

Kateqoriya:Sərnişin gəmiləri