Eduar Tyerri (; ) — Fransa teatr xadimi və ədəbiyyatçısı.
Gənclik illərində o, "Uşaqlar və mələklər" (Les Enfants et les Anges; 1833) adlı şeirlər toplusunu nəşr etdirmişdir. Daha sonra, 1853-cü ildə ərəbşünas alim Oqüst Şerbonno ilə birgə "Balıqçı Cudar" (Djouder le pêcheur) adlı nağılı dərc etdirmişdir. Bu əsər "Min bir gecə" toplusundakı süjetlərdən uyğunlaşdırılmışdır. Tyerri həmçinin, teatr və ədəbi tənqidçi kimi fəaliyyət göstərmişdir. 1857-ci ildə Şarl Bodlerin "Şər çiçəkləri" kitabı ilə bağlı məhkəmə prosesi başladıqdan sonra o, bu əsər haqqında böyük rəğbət ifadə edən rəy bildirmişdir. Tyerri həmin münasibətini ümumiləşdirərək müəllifin kitabını və istedadını Dante kimi klassik bir sənətkarın dəyəri ilə müqayisə etmişdir.Article d’Édouard Thierry // Les Fleurs du mal (1868): Appendice.
İstinadlar
Kateqoriya:Fransa teatrşünasları