Krayova Ordusu (, ) — İkinci Dünya müharibəsi zamanı, 1942–1945-ci illərdə fəaliyyət göstərən yeraltı Polşa könüllü hərbi təşkilatı. Polşa Dövləti,Roman Korab-Żebryk. Operacja Wileńska AK. Państwowe Wydawnictwo Naukowe. Warszawa 1985 s. 54 SSRİ, Litva, Almaniya və Macarıstanın ərazisində fəaliyyət göstərmişdir. Polşa müqavimətinin Almaniya işğalına qarşı mübarizə aparan əsas təşkilatı idi. İkinci Dünya müharibəsi zamanı Avropadakı ən böyük nizamsız (partizan) birləşmələrindən biri olmuşdur.[«The Home Army is back», The Economist, Dec 29th 2014] Təşkilat üzvlərinin əksəriyyəti qanuni olaraq qeydiyyatdan keçmişdi.

Krayova Ordusu sürgündə olan Polşa hökumətinə və Britaniyada yerləşən Polşa Silahlı Qüvvələrinin Ali Baş Komandanına tabe idi. Onun siyasi rəhbərliyi Londonda yerləşən Polşa hökumətinin ölkədəki nümayəndəsi tərəfindən həyata keçirilirdi. Sürgündə olan Polşa hökumətinin planlarına görə, Krayova Ordusu ümummilli, partiyaüstü bir təşkilata çevrilməli və onun baş komandanı hökumət tərəfindən səlahiyyətləndirilən bütün Polşa hərbi yeraltı qüvvələrinin yeganə lideri olmalı idi. Onun heyəti Polşa ordusunda xidmət etmiş zabitlərdən (karyera zabitləri, ehtiyat zabitlər və təqaüdə çıxmış zabitlər) ibarət idi.

İstinadlar

Kateqoriya:Polşa İkinci Dünya müharibəsində Kateqoriya:Antikommunizm Kateqoriya:Partizan hərəkatları