Todor Petrov (; ) — Makedoniya diaspor təşkilatı olan Dünya Makedoniya Konqresinin (WMC) prezidenti. Petrov, Qazi Baba seçicilərinin məclis üzvüdür.
Həyat və fəaliyyəti
Todor Petrov 19 mart 1960-cı ildə Qevqeliyada anadan olub. O, ibtidai və orta təhsilini Qevqeliyada tamamladıqdan sonra Skopye şəhərindəki Müqəddəs Kiril və Mefodiya Universitetinə daxil olaraq iqtisadiyyat üzrə bakalavr dərəcəsinə yiyələnib.
1990-cı ildə Petrov Makedoniya diaspor təşkilatı olan Dünya Makedoniya Konqresini (WMC) təsis edərək, onun prezidenti seçildi. Elə həmin il, ilk demokratik seçkilər zamanı Todor Petrov Qevqeliyadan parlamentə millət vəkili seçildi. O, Assambleyanın müstəqil namizəd olaraq seçilmiş üç üzvündən biri idi. Makedoniya Respublikası Assambleyasının üzvü olduğu dörd il ərzində 2000-dən çox islahat təklif etmişdi. Nəticədə, Assambleyanın ən çox islahat təklif edən millət vəkili kimi tarixə düşüb. 1992-ci ildə, Makedoniya Respublikası müstəqillik qazandıqdan sonra, Petrov, Verqina Günəşi simvolunun ölkənin rəsmi bayrağı olmasını təklif edib. Həmin ildən ölkənin yeni bayrağında bu simvola yer verildi. Bu simvoldan 1995-ci ildə "Makedoniya adı uğrunda mübahisə"yə görə Makedoniya Respublikası ilə Yunanıstan arasında imzalanmış Müvəqqəti Sazişin tərkib hissəsi kimi bayrağını dəyişdirənə qədər istifadə edilib.
Petrov "Makedonsko Sonce" həftəlik çıxan qəzetin sədri olub.Official website of Makedonsko Sonce
2004-cü ildə Todor Petrov və Dünya Makedoniya Konqresi, 2001-ci il üsyanına son qoyan Ohrid sazişinin nəticəsi olaraq hökumətin bəzi inzibati bölgüləri dəyişdirmə planına qarşı 2004-cü il Makedoniya muxtariyyət referendumunu başlatdılar. Hökumətin təklifi, bələdiyyələrin sayının 123-dən 84-ə endirmək, etnik albanlara daha geniş təmsilçilik hüququnun verilməsi və paytaxt Skopye şəhərinin ikidilli şəhərə çevirməsini əhatə edirdi. Səsverməyə dörd gün qalmış ABŞ, hökumətin mövqeyini gücləndirmək məqsədilə ölkəni "Keçmiş Yuqoslaviya Makedoniya Respublikası" əvəzinə "Makedoniya Respublikası"nı elan edəcəyini bildirdi. Dəyişikliyin lehinə 95% səs versə də, seçici fəallığı 27% olduğundan, referendum uğursuz oldu.
2009-cu ildə Todor Petrov, prezident seçkilərində VMRO-DPMNE partiyasının namizədi olması üçün müraciət etmiş, partiyanın qurultayında öz namizədliyini təmin edə bilməsə də, VMRO-DPMNE-dən prezidentliyə namizəd olaraq George İvanovu irəli sürmüşdü. İvanov daha sonra Şimali Makedoniya Respublikasının Prezidenti seçildi.
İstinadlar
Xarici keçidlər