She Wolf (Falling to Pieces) fransız DJ və musiqi prodüseri David Getta tərəfindən yazılmış və avstraliyalı müğənni Sianın vokalını özündə birləşdirən mahnıdır. Nothing But the Beat 2.0 albomundan əsas sinql kimi buraxılmış və albomun ümumilikdə səkkizinci sinqlı hesab olunur. 21 avqust 2012-ci ildə rəqəmsal yükləmə yolu ilə yayımlanmışdır.

Arxa plan Mahnı rəsmi yayımlanmadan öncə də artıq səsləndirilmişdi, lakin rəsmi buraxılış 21 avqust 2012-ci ildə baş tutdu, daha sonra trek 24 avqust 2012-ci ildə Almaniyada CD sinql və 12 düymlük vinil şəklində buraxıldı. Sinql 10 sentyabr 2012-ci ildə Birləşmiş Krallıqda yayımlandı. UK Singles Chart-da 8-ci yerə yüksəldi. Bu mahnı ABŞ Billboard Hot 100 siyahısına düşməsə də, Billboard Hot Dance Club Songs siyahısında birinci yeri tutdu.

Musiqi videosu 21 sentyabr 2012-ci ildə mahnının sözləri Gettanın rəsmi VEVO kanalına yükləndi. 26 sentyabr 2012-ci ildə musiqi videosunun treyleri yayımlandı və rəsmi premyerası 3 oktyabr 2012-ci il tarixi açıqlandı. Mahnının rəsmi videosu Gettanın rəsmi VEVO kanalına beş gün əvvəl, 28 sentyabr 2012-ci ildə yükləndi.

Video çılpaq bir qadının görüntüsü ilə başlayır və bir neçə insan ovçusu tərəfindən qaçan yaralı bir canavara keçir. Mahnının hər bir hissəsində ovçuları "partlamağa" məcbur etdiyi üçün canavar fövqəltəbii bir varlıq kimi təsvir edilir. "Partlayışlar" ovçuları və mənzərəni kiçik çoxbucaqlılardan ibarət şəkildə təsvir edir. Musiqi videosunun sonunda canavar yenidən videonun əvvəlindəki çılpaq qadına çevrilir.

Məkan Video İslandiyada, Langjökull və Reykjanesdə, Krisuvikdə və Reykjanesviti yaxınlığında çəkilib.

Fransada yayımlanan musiqi videosu xəbərdarlıqla yayımlandı. 10 yaşdan kiçik uşaqlar üçün tövsiyə edilmir () deyilsə də bəzi kanallar həmin tövsiyə edilməyən kadrları yalnız bulanıqlaşdıraraq və ya bulanıqlaşdırmadan və xəbərdarlıq etmədən yayımladılar. Videoda partlayış səhnələri, qan, zorakılıq və çılpaqlıq olduğu üçün bu xəbərdarlıq bildirilmişdi.

İstinadlar

Kateqoriya:2012-ci ilin mahnıları Kateqoriya:Sia mahnıları Kateqoriya:2012-ci ilin sinqlları Kateqoriya:Sinql albomları