Azər İnşalla oğlu Əhmədov (29 aprel 1964, Biləsuvar- 29 dekabr 2023, Bakı) — Azərbaycanlı alim, fizika elmlər doktoru, Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasının professoru.

1964-cü ildə anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirib. 1992-1995-ci illərdə Fizika fakültəsinin Nəzəri Fizika kafedrasının aspirantı olub. 1996-cı ildə namizədlik, 2016-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2007-2022-ci illərdə Nəzəri Fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.

Həyatı və təhsili Azər İnşalla oğlu Əhmədov 29 aprel 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. 1972–1982-ci illərdə Biləsuvar rayonu 1 saylı Nizami Gəncəvi adına orta məktəbdə təhsil alıb və məktəbi fərqlənmə ilə bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1989-cu ildə həmin fakültəni fizik və fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Perturbativ və holografik kvant xromodinamikası, supersimmetriyanın fenomenologiyası, eləcə də müxtəlif potensiallı sahələrdə relyativistik və qeyri-relyativistik dalğa tənliklərinin analitik həlli istiqamətində genişmiqyaslı tədqiqatlar aparmışdır. 29 dekabr 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Elmi fəaliyyəti Azər Əhmədov 1992–1995-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Nəzəri fizika" kafedrasının aspiranturasında təhsil almışdır. O, 1996-cı ildə "İnklüziv və eksklüziv hadron fotoyaranmalarının bəzi müasir nəzəriyyələrdə öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək "Nəzəri və riyazi fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini qazanmışdır. Alim elmi araşdırmalarını davam etdirərək 2016-cı ildə "Nəzəri fizika" (ixtisas kodu: 2212.01) sahəsində fizika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim uzun illər Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, həmçinin "Journal of Physics and Advanced Applications" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. O, onlarla qrant layihəsinin müəllifi və iştirakçısı olmuşdur.

A. Əhmədovun elmi əsərləri Almaniya, Belçika, İtaliya, İsveçrə, Pakistan və ABŞ kimi ölkələrin nüfuzlu elmi məcmuələrində və jurnallarında dərc edilmişdir. O, fəaliyyəti dövründə bu ölkələrdə keçirilən beynəlxalq konfrans və seminarlarda mütəmadi olaraq məruzələrlə çıxış etmiş, elmi ezamiyyətlərdə iştirak etmişdir.

Pedaqoji fəaliyyəti Azər Əhmədov uzun illər ərzində Bakı Dövlət Universitetində zəngin pedaqoji fəaliyyət göstərərək, fizika elminin tədrisində və gənc kadrların yetişdirilməsində xidmətlər göstərmişdir. Əhmədovun rəhbərliyi altında 4 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, onlarla magistr dissertasiyası müdafiə edilmişdir. +Tədris etdiyi fənlər:Güclü qarşılıqlı təsir nəzəriyyəsiKvant mexanikasıKvant xromodinamikasıRelyativistik kvant mexanikasıElementar zərrəciklər fizikası

Təltifləri Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı.

Elmi nəşrlər 1. C. Aydin, O. Uzun and A. I. Ahmadov. Direct rho meson production in proton- proton and proton-antiproton collisions. Int. J. Mod. Phys. A. 37, No. 08, 2250042 (2022).

2. Sh. M. Nagiyev, C. Aydin , A. I. Ahmadov, Sh.A.Amirova.

Exactly solvable model of the linear harmonic oscillator with a position-dependent mass under

external homogeneous gravitational field. The Eur. Phys. J. Plus 137, 540 (2022).

3. Sh. M. Nagiyev, A. I. Ahmadov, V. A. Tarverdiyeva, and Sh. A. Amirova.

Regarding Nonstationary Quadratic Quantum Systems. Russian Physics Journal, Vol. 61, No. 12, 2173 (2019).

4. A. I. Ahmadov, M. Demirci, M. F. Mustamin , S. M. Aslanova, and M. Sh. Orujova.

Analytical bound state solutions of the Dirac equation with the Hulthén plus a class

of Yukawa potential including a Coulomb-like tensor interaction.

Eur. Phys. J. Plus 136, 208 (2021).

5. A. I. Ahmadov, S. M. Aslanova, M. Sh. Orujova, S. V. Badalov.

Analytical bound-state solutions of the Klein-Fock-Gordon equation for the sum of

Hulthén and Yukawa potential within SUSY quantum mechanics.

Advances in High Energy Phys. Vol. 2021, Article ID 8830063 (2021).

6. A. I. Ahmadov, K. H. Abasova, and M. Sh. Orucova. Bound State Solution Schrödinger Equation for Extended Cornell Potential at Finite Temperature

Adv. High Energy Phys. Volume 2021, Article ID 1861946 (2021).

İstinadlar

Mənbə

Xarici keçidlər