Azəri və ya Azərbaycanın qədim dili iranlı alim Əhməd Kəsrəvi tərəfindən 1925-ci ildə nəşr edilmiş, qədim azəri dilinin tarixinə həsr olunmuş elmi traktatdır.
Bu kitab şərqşünaslar tərəfindən təsdiqlənmişdir. Kitabda Kəsrəvi çoxsaylı sənədlər və əlyazmalardan istifadə edərək iddia edir ki, qədim azəri dili türk dillərinə aid edilməməli, əksinə, İran dillərindən biri olub Midiya dilinin davamçısıdır.
Bu traktat, Əhməd Kəsrəvinin ilk ciddi əsəri olmaqla, dünya miqyasında çox təsirli olmuş və İranda Azərbaycan dilində İran mənşəli köklərin mövcudluğu haqqında yeni bir nəzəriyyənin formalaşmasına səbəb olmuşdur.
İranika Ensiklopediyasının qeyd etdiyi kimi;
Konsept Kəsrəvinin bu əsəri yazmaqda motivasiyası siyasi xarakter daşıyırdı. O, əsəri İran, İstanbul (Türkiyə) və Bakı (Azərbaycan SSR) mətbuatında Azərbaycanlıların mənşəyi ilə bağlı kəskin mübahisələrin getdiyi bir dövrdə nəşr etdirmişdi. Hər iki tərəfin arqumentlərini öyrəndikdən sonra Kəsrəvi belə qənaətə gəlmişdi ki, türk jurnalistlərinin iddiaları əsassız və qeyri-akademikdir, iranlı jurnalistlərin cavabları isə tarix elminə dair biliklərə əsaslanmır.
Kəsrəvi bu kitabda ilk dəfə olaraq İranın şimal-qərbində yerləşən Azərbaycan bölgəsinin dilinin türk hakimiyyətindən bir neçə əsr əvvəl İran dil ailəsinə məxsus olduğu nəzəriyyəsini irəli sürmüşdür. Tarixi sübutlara əsaslanaraq o, bu dili Azəri adlandırmışdır.Kasravi, p. 7 Bu kitab Kəsrəvini İranşünaslıq dairələrində məşhurlaşdırmış və o, xarici elmi cəmiyyətlərin üzvü seçilmişdir. Kitabın ilk nəşri və nəticədə nəzəriyyənin işlənilməsi yalnız tarixi kontekstlərdən bəhrələnmişdir. Daha sonra Kəsrəvi dilçilik elmini öyrənmiş və kitabın növbəti nəşrlərində bu nəzəriyyəni həm də linqvistik əsaslarla əsaslandırmışdır.
Kəsrəvinin tədqiqatları digər tədqiqatçıları Azərbaycanın müxtəlif bölgələrində həmin tarixi dilin qalıqlarını axtarmağa və bu dilin yeni nümunələrini tapmağa sövq etmişdir. İranika Ensiklopediyası əlavə edir ki;
Kəsrəvinin tarixi araşdırmaları digər alimlər tərəfindən də yüksək qiymətləndirilmiş və qəbul edilmişdir. Görkəmli şərqşünas Vladimir Minorski Kəsrəvi haqqında belə qeyd edir:
İrs "Azəri və ya Azərbaycanın qədim dili" traktatı İranda tarixşünaslıq və dilçilikdə yeni bir dalğa başlatdı. Bu traktatın nəşrindən bəri azəri dilinin etimologiyası ilə bağlı bu kitab üzərində qurulan müxtəlif tədqiqatlar aparılmışdır. Daha sonra həm xarici, həm də iranlı professorlar, dilçilər və şərqşünaslar "Azəri" traktatını dəstəkləyən məqalələr yazmışlar.
İstinadlar
Kateqoriya:Cənubi Azərbaycan Kateqoriya:Fars dilində kitablar Kateqoriya:Cənubi Azərbaycan