I Alfonso d'Este (; ) — III Modena, Reccio və Ferrara hersoqu.

1476-cı ildə Ferrarada doğuldu. Atası Modena, Reccio və Ferrara hersoqu I Erkole, anası isə Neapol kralı I Ferdinandın qızı Elyanoradır. Atasının ölümünün ardından 1505-ci ildə taxta çıxdı. İlk iş olaraq, qardaşı Ferrante və Culiyonun (ögey) çıxardığı üsyanları yatırdı. 1506-cı ilin sentyabrında haqlarında ölüm hökmləri verilsə də, I Alfonso onları bağışladı və cəzaları ömürlük həbsə çevrildi.

İtalyan müharibələri illərində tez-tez tərəf dəyişdirərək öz mülklərini qorudu. İlk öncə bacısının əri Milan hersoqu Lüdoviko Sforzanı dəstəklədi və hələ taxta çıxmadan öncə Fransa kralı VIII Karla qarşı döyüşdü. 1508-ci ildə Venesiyaya qarşı qurulan ittifaqa qoşuldu. Yeni Fransa kralı XII Lüdoviklə dost münasibətlər saxladı və oğluyla kralın qızını evləndirdi. 1526-cı ildə Müqəddəs Roma imperatoru V Karla dəstək verdi və Roma papası VII Klementin dəstəklədiyi Fransa kralı I Fransiskə qarşı mübarizə apardı. İmperatorun dəstəyilə 1530-cu ildə papa onun Modena və Ferrara mülkü üzərindəki suverenliyini yenidən tanıdı.

İlk evliliyi 1491-ci ilin yanvarında Milan hersoqu Jan Sforzanın bacısı Anna Mariya Sforza ilə baş tutdu. Eyni mərasimlə, hersoqun əmisi Lüdoviko Sforza da onun bacısı Beatrisa d'Este ilə evləndi. Cütlüyün bu nigahdan yalnız bir qızı doğulsa da, uşaq yaşlarında vəfat etdi. Bu qoşa evlilik tamamilə siyasi məqsədlərlə baş tutmuşdu. Ancaq 1497-ci ildə hər iki gəlin də gənc yaşda vəfat etdi və siyasi ittifaq pozuldu.

Onun ikinci evliliyi isə 1501-ci ildə məşhur Roma papası VI Aleksandrın nigahdan kənar qızı Lukresiya ilə baş tutdu. Cütlüyün bu nigahdan çox sayıda övladı doğuldu. Ancaq bu xanımı da 1519-cu ildə doğuş əsnasında vəfat etdi.

Ölü doğulan bir qız uşağı (1502) Alessandro (1505-1506) II Erkole d'Este İppolito d'Este (1509-1572), kardinal Alessandro (1514-1516) Elyanora d'Este (1515-1575), rahibə Françesko d'Este (1516-1578) İzabella d'Este (1519)

Bundan başqa I Alfonsonun Laura Dianti adlı məşuqəsi vardı və ondan 2 oğlu dünyaya gəlmişdi.

Alfonso d'Este (1527-1587) Alfonsino

Mənbə

Ədəbiyyat

22

Taylor, Frederick Lewis (1973). The Art of War in Italy, 1494–1529. Westport: Greenwood Press. .

İstinadlar

Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:D'Este