İvan Yuryeviç Svida (; ) — SSRİ və Ukrayna hərbi xadimi, ordu generalı (2010-cu il).
SSRİ dövründə İvan Svida 1972-ci ildə Ujqorod Dövlət Universitetini bitirmiş və hərbi kafedrası olan ali təhsil müəssisəsinin məzunu kimi 2 il müddətinə Sovet Ordusuna zabit xidmətinə çağırılmışdır. O, Karpatyanı hərbi dairəsində motonatıcı taqım komandiri vəzifəsində xidmət etmişdir. Çağırış müddəti başa çatdıqdan sonra Silahlı Qüvvələrin kadr heyətində qalmaq barədə raport yazmışdır. 1975-ci ildə Orconikidze Ali Ümumqoşun Komandirləri Məktəbini eksternat yolu ilə bitirmişdir. Karpatyanı hərbi dairəsində motonatıcı taqım və bölük komandiri olmuş, daha sonra motonatıcı taborun qərargah rəisi və komandiri vəzifələrində çalışmışdır.
1980-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1980-ci ildən Zaqafqaziya hərbi dairəsində motonatıcı alay komandirinin müavini vəzifəsində xidmət etmişdir. 1982-ci ildən etibarən motonatıcı alayın qərargah rəisi — alay komandirinin müavini, motonatıcı alay komandiri və motonatıcı diviziya komandirinin müavini vəzifələrini tutmuşdur. Ermənistanda baş vermiş Spitak zəlzələsinin nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. 1992-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir.
Ukraynada İvan Svida 1992-ci ildən Ukrayna Silahlı Qüvvələrində xidmət etməyə başlamış və Odessa hərbi dairəsinin 6-cı ordu korpusunun tərkibindəki 17-ci tank diviziyasının komandiri təyin edilmişdir. 1994-cü ildən Krımda yerləşən 32-ci ordu korpusunun qərargah rəisi — korpus komandirinin birinci müavini və korpus komandiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Cənub Əməliyyat Komandanlığı qoşunları komandanının birinci müavini, 2005-ci ilin iyul ayından isə həmin komandanlığın qoşunları komandanı vəzifəsini icra etmişdir. 2007-ci ilin iyun ayından Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanı olmuşdur. 18 noyabr 2009-cu ildən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi — Baş Komandanı təyin edilmiş,Указ президента Украины от 18 ноября 2009 года № 937/2009 «Про призначення І. Свиди начальником Генерального штабу - Головнокомандувачем Збройних Сил України» (укр.) eyni zamanda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü olmuşdur.
Ukrayna Prezidenti V. A. Yuşşenkonun 15 fevral 2010-cu il tarixli fərmanı ilə generalın 60 illik yubileyi günündə ona ordu generalı hərbi rütbəsi verilmişdir. O, general-polkovnik rütbəsində (bu rütbə 2008-ci ildə verilmişdir) iki ildən az müddət xidmət etmişdir. Ukraynalı siyasətçi və jurnalistlərin böyük əksəriyyəti İvan Svidanın Prezident Yuşenkoya ən sadiq generallardan biri olduğu fikrində birləşirlər.
Təyinatından sonra "Kommersant Ukrayna" nəşrinə verdiyi müsahibədə Svida bildirmişdir ki, ilk növbədə ordunun həyat fəaliyyətini təmin etmək zəruridir. Onun hesablamalarına görə, bu məqsədlər üçün 19,8 milyard qrivna tələb olunurdu (2010-cu il büdcəsində nəzərdə tutulmuş 13 milyard qrivnaya qarşı). Svida həmçinin, yaxın gələcəkdə Ukrayna ordusunun irimiqyaslı təlimlər keçirməyəcəyini, texnika və silah alışı həyata keçirməyəcəyini qeyd etmişdir.
2010-cu ilin may ayında Baş Qərargah rəisi vəzifəsindən istefa verməsi barədə raport təqdim etmişdir.Chief of General Staff Svyda resigns, Kyiv Post (May 29, 2010) Bu vəzifədə onu Qriqori Pedçenko əvəz etmişdir.
İvan Svida hərbi elmlər namizədidir (2010-cu il). Ailəlidir, bir qızı və bir oğlu vardır.
Hərbi rütbələri İvan Svida xidmət dövründə aşağıdakı hərbi rütbələrə layiq görülmüşdür:
general-mayor (21 avqust 1993-cü il) general-leytenant (23 avqust 1998-ci il) general-polkovnik (20 avqust 2008-ci il)Указ президента Украины от 20 августа 2008 года № 741/2008 «Про присвоєння військових звань» (укр.) ordu generalı (15 fevral 2010-cü il)Указ президента Украины от 15 февраля 2010 года № 175/2010 «Про присвоєння військового звання» (укр.)
Təltifləri II dərəcəli "Boqdan Xmelnitski" ordeni (29 noyabr 2005-ci il) III dərəcəli "Boqdan Xmelnitski" ordeni (2001-ci il) "Şərəf nişanı" ordeni (SSRİ) III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni (SSRİ) SSRİ və Ukraynanın müxtəlif medalları
İstinadlar
Xarici keçidlər Биография на сайте Министерства обороны Украины Биография на сайте «Лидеры Украины» Биография на сайте «Корреспондент» «Військо України». 2009. № 12(144). — С.11. Kateqoriya:Ukrayna hərbçiləri