Barpı Alıkulov (; ) — Qırğızıstan akın-improvizatoru. O, qırğız xalqının böyük şairlərindən biri hesab edilmişdir.

Həyatı Barpı Alıkulov yoxsul ailədə anadan olmuşdur. O, uşaq yaşlarından etibarən bəylərin yanında muzdlu işçi kimi çalışmışdır. On altı yaşında ikən xalq arasında müğənni, şair və akın-improvizator kimi böyük şöhrət qazanmışdır. Alıkulovun atasının da xalq yaradıcılığına yaxından bələd olduğu məlumdur.

Barpı Alıkulovun yaradıcılığının çiçəklənmə dövrü XIX əsrin sonu və XX əsrin əvvəllərinə təsadüf etmişdir. O, inqilabdan əvvəlki mahnılarında qırğız xalqının ağır həyat şəraitini təsvir etmişdir. 1920-ci illərin əvvəllərində keçirdiyi ağır xəstəlik nəticəsində görmə qabiliyyətini itirmiş və həmin dövrdən etibarən özünü tamamilə yaradıcılığa həsr etmişdir.

Daha sonrakı dövrlərdə o, sosializm quruculuğu mövzularında şeir və mahnılar qələmə almışdır. Barpı Alıkulovun əsərləri 1943-cü ildən etibarən yazıya alınmağa başlanmış və onların böyük bir hissəsi rus dilinə tərcümə edilmişdir.

Poetik formanın mahir ustası sayılan Barpı Alıkulov Toktoqul Satılqanovun davamçısı olmuşdur. Onun yaradıcılığında ifşaedici-satirik əsərlər, o cümlədən qırğızlar üçün ağır olan Kokand xanlığı hakimiyyəti dövründən bəhs edən poema mühüm yer tutmuşdur. O, həmçinin xalq eposlarının da mahir ifaçısı kimi tanınmışdır.

Mirası Barpı Alıkulovun şərəfinə Cəlalabad vilayətinin Suzak rayonunda kənd dairəsi (ayıl okruqu) adlandırılmışdır. Oş şəhərində Barpı Alıkulovun adını daşıyan park açılmışdır.

Seçilmişlərə əsərləri Тандалмалуу ырлар. — Фрунзе: Кыргызмамбас, 1949. Тилек: Ырлар жыйнагы. — Фрунзе: Кыргызмамбас, 1951. Тандалган чыгармалар. — Фрунзе: Кыргызмамбас, 1955. Мектеп жөнүндө ыр. — Фрунзе: Кыргызокуупедмамбас, 1957. Чыгармалар: Бир томдук. — Фрунзе: Кыргызмамбас, 1960. Чыгармаларынын бир томдук жыйнагы. — Фрунзе: Кыргызстан, 1970. Табият сапаты: Ырлар. — Фрунзе: Мектеп, 1973. Мөлмөлүм: Ырлар. — Фрунзе: Кыргызстан, 1974. Бала чак: Ырлар — Фрунзе: Мектеп, 1978. Тандалмалар. — Фрунзе: Кыргызстан, 1984. Табият сымбаты: Ырлар. — Фрунзе: Мектеп, 1987.

В русском переводе Избранное: Стихи. — Фрунзе: Киргизгосиздат, 1958. Стихи. — М.: Молодая Гвардия, 1958.

İstinadlar

Əlavə ədəbiyyat Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969—1978. Большой Энциклопедический словарь. 2000.

Xarici keçidlər Барпы Алыкулов — өмүр баяны

Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:SSRİ şairləri