Əbu Cəfər Əhməd ibn Məhəmməd ibn Əbül-Əşas Məhəmməd (; ) — fars əsilli həkim və filosof.
İbnül-Əşasın tibblə bağlı tədqiqatları arasında Qalenin məcmuəsi üzrərində etdiyi düzəlişlər xüsusi ilə mühüm hesab olunur. O, həmçinin Qalenin məcmuələri üzərində etdiyi düzəlişləri Aristotelinin məcmuələrində də etmiş və Zoologiya ilə bağlı mühüm tədqiqatlar aparmışdır. Onun "Kitabul-Həyəvan" adlı əsəri Aristotel zoologiyasından nisbətən müstəqil bir tədqiqat hesab olunur. Bu əsərdə o, canlılar aləmini əl-Həyyül-malik (insan), əl-həyyül-məmlük (ev heyvanları), və əl-həy lə malik və lə məmlük (vəhşi heyvanlar) olmaqla üç hissəyə ayırmışdır. Son kateqoriyadakı canlılar da təfərrüatlı şəkildə təsnif edilmişdir. Lakin müəllifin bu əsərini sona çatdırmadan öldüyü qeyd edilmişdir. Əbdüllətif əl-Bağdadi bu əsərin bir xülasəsini yazmış və bu xüsusi ilə qeyd edilmişdir.
Həyatı Həyatı haqqında məlumatlar olduqca azdır.
Gənc yaşlarında İranın Fars bölgəsində rəsmi bir vəzifədə çalışmış, naməlum səbəblərdən əmlakı müsadirə edilmiş və vətənini tərk etmək məcburiyyətində qalmışdır.
Ubeydullah ibn Cəbrayıl onun bu dövrdə hələ tibb elmi ilə məşğul olmadığını, vətənini tərk etdikdən sonra Mosulda məskunlaşdığını və burada Həmdani Əmiri Nasirüd-Dövlənin oğlunu müalicə edərək etimad qazandığını rəvayət etmişdir. Bu məlumatları çatdıran İbn Əbu Üseybiə, həmçinin onun "Kitabul-Qazi vəl-muğtəzi" adlı əsərini Səfər 348-ci ildə (aprel 959) Ermənistandakı bir qalada tamamladığını qeyd etmişdir. Prof. Dr. İlhan Qutluərə görə, buradan da onun bu dövrdə Mosula hücum edən Muizzüd-Dövlə əd-Deyləmidən qaçaraq bir müddət Ermənistana getdiyi və ya orada bir müddət həbs edildiyi nəticəsinə gəlinir. Yenidən Mosula qayıdan İbn Əbül-Əşas ömrünün sonuna qədər burada yaşamışdır.
Vəfat tarixi İbn Əbu Üseybiə tərəfindən hicri 360-cı (971) il olaraq qeyd edilmişdir.
Yetişdirdiyi tələbələri arasında isə oğlu Məhəmməd, Məhəmməd ibn Səvvab əl-Mövsili və Əhməd ibn Məhəmməd əl-Bələdi vardır.
Əsərləri Fuad Sezginə görə, onun dövrümüzə qədər gəlib çatmış əsərləri "Kitabul-Ədviyətil-müfrədə", "Kitabul-Qazi vəl-muğtəzi", "Risalə fin-nəvm vəl-yəqazə", "Kitabul-Həyəvan", "Təfsilu Kitabi-Cəlinus fi Üstuqussat" və "Kitabul-Mizac"dır.
İstinadlar