İslam Fədailəri (, ) və ya Cəmiyyət Fədaiyan İslami (, ) — İranda fəaliyyət göstərmiş, kəskin siyasi aktivliyi və terror meyilləri ilə seçilən şiə fundamentalist qrup.FEDĀʾĪĀN-E ESLĀM. (1999). In Encyclopædia Iranica. Retrieved from http://www.iranicaonline.org/articles/fedaian-e-esla The Fedāʾīān’s importance in Persian politics was due to several related factors. First, they were exceptionally successful as a rebel organizationIran: between tradition and modernity By Ramin Jahanbegloo Qrupun əsası 1946-cı ildə ilahiyyat tələbəsi Nəvvab Səfəvi tərəfindən qoyulmuş, 1989-cu ildə isə siyasi partiya kimi qeydiyyata alınmışdır. Səfəvi müəyyən aparıcı intellektual və siyasi xadimlərə qarşı diqqətlə planlaşdırılmış sui-qəsdlər həyata keçirmiş, İranda islamı "pozğun fərdlərdən" təmizləməyə çalışmışdır.Taheri, The Spirit of Allah, (1985), p. 98

Qrup fəaliyyəti dövründə bir sıra sui-qəsdlər həyata keçirmişdir. Bunlara yazıçı Əhməd Kəsrəvinin, saray naziri və keçmiş baş nazir Əbdülhüseyn Həjirin, Baş nazir Hacı Əli Rəzmaranın və keçmiş maarif naziri Əbdülhəmid Zəngənənin qətlə yetirilməsi daxildir. Bundan əlavə, İran şahına və xarici işlər naziri Hüseyn Fatimiyə qarşı da sui-qəsd cəhdləri edilmişdir. Qrup özünün nüfuzlu ruhani himayədarlarının köməyi ilə bəzi qatilləri cəzadan xilas etməyə müvəffəq olmuşdur. Nəticədə, 1950-ci illərin ortalarında qrupun fəaliyyəti yatırılmış və Nəvvab Səfəvi İran hökuməti tərəfindən edam edilmişdir. Bununla belə, təşkilat Ayətullah Ruhulla Xomeyninin və İran İslam inqilabının tərəfdarları kimi fəaliyyətini davam etdirə bilmişdir.

Zəmin

Qrup İkinci Dünya müharibəsindən sonra Yaxın Şərqdə "xarici ağalığa qarşı artan milliyyətçi səfərbərliyin" tərkib hissəsi olmuşdur və daha məşhur olan islamçı terror qruplaşmalarının carçısı kimi qiymətləndirilmişdir. Fundamentalist Islam at Large: The Drive for Power by Martin Kramer, Middle East Quarterly, June 1996 Təşkilatın üzvlərinin əsasən "Tehran bazarının aşağı təbəqələrində" çalışan gənclərdən ibarət olduğu qeyd edilmişdir. Qrupun proqramı şəriətə riayət olunması barədə ümumi fikirlərdən daha irəli getmiş, alkoqol, tütün, tiryək, filmlər, qumar və xarici geyimlərin qadağan edilməsini, oğruların əllərinin kəsilməsi cəzasının tətbiqini, qadınların örtünməsini və musiqi kimi qeyri-müsəlman fənlərinin məktəb proqramından çıxarılmasını tələb etmişdir.Abrahamian, Ervand Iran between Two Revolutions, Princeton University Press, 1982, p. 259

Tarixi Nəvvab Səfəvi 1945-ci il tarixli bəyannaməsində qrupun ideoloji mövqeyini kəskin şəkildə ifadə etmişdir. O, zülm, oğurluq və cinayət pərdələri arxasında gizlənən mənfəət güdənləri tənqid edərək, onları xain və riyakarlıqda ittiham etmiş, öz tərəfdarlarını isə Allahın intiqamını həyata keçirən azad, nəcib və qorxmaz möminlər kimi təqdim etmişdir.

Yüksəlişi Təşkilatın ilk sui-qəsdi 1946-cı ildə milliyyətçi və antiklerral baxışları ilə tanınan yazıçı Əhməd Kəsrəviyə qarşı həyata keçirilmişdir. Yazıçı bıçaqlanaraq qətlə yetirilmişdir. Kəsrəvinin Ayətullah Ruhulla Xomeyninin ilk kitabı olan "Kəşf əl-əsrar"da (Sirlərin açarı) "İslamı tənqid edən hər kəsin" qanının tökülməsinin vacib olduğu (məhdurüd-dəmm) barədəki çağırışının hədəfi olduğu qeyd edilmişdir. Dünyəvi baxışlı iranlı müəllif Əmir Tahiri iddia etmişdir ki, Xomeyni Nəvvab Səfəvi və onun ideyaları ilə yaxından bağlı olmuş və Xomeyninin bu iddiası faktiki olaraq Kəsrəvi haqqında çıxarılmış ölüm hökmü mahiyyəti daşımışdır.Taheri, The Spirit of Allah, (1985), p. 101

Sui-qəsdi törədən və "İslam Fədailəri"non təsisçi üzvlərindən olan Hüseyn İmami dərhal həbs edilmiş və bu cinayətə görə ölüm hökmünə məhkum edilmişdir. İran ziyalıları onun nümunəvi şəkildə cəzalandırılmasını tələb etmişdir, lakin İmami edamdan xilas ola bilmişdir. Tahiriyə görə, o, dindar müdafiəçiləri səfərbər etmiş və bir seyyid, yəni Məhəmməd peyğəmbərin nəslindən olan bir şəxs kimi nüfuzundan istifadə edərək şəriət məhkəməsində mühakimə olunmasını tələb etmişdir. Xomeyni və bir çox şiə ruhanisi, şahın həmin dövrdəki siyasi çətinliklərindən, xüsusilə Azərbaycan əyalətinin SSRİ qoşunları tərəfindən işğalından istifadə edərək şaha İmamini əfv etməsi üçün təzyiq göstərmişdilər. Xomeyni şəxsən şahdan bu barədə xahiş etmişdir.Taheri, The Spirit of Allah, (1985), pp. 107–108

1949-cu ilin noyabrında qrup saray naziri və keçmiş baş nazir Əbdülhüseyn Həjiri qətlə yetirmişdir. 7 mart 1951-ci il tarixində Baş nazir Hacı Əli Rəzmara neft sənayesinin milliləşdirilməsinə qarşı verdiyi məsləhətlərə cavab olaraq sui-qəsd nəticəsində öldürülmüşdür. Üç həftə sonra keçmiş maarif naziri Əbdülhəmid Zəngənə də qrup tərəfindən qətlə yetirilmişdir. Rəzmaranın qətlinin İranı neft məsələsində kompromis və mülayimlik ruhundan uzaqlaşdırdığı, həmçinin hakim təbəqələri o dərəcədə qorxutduğu bildirilmişdir ki, kəskin şəkildə artan xalq qəzəbini yatırmaq üçün milliyyətçi tələblərə bir-birinin ardınca güzəştlər edilmişdir.Zabih, Sepehr, The Mossadegh Era : Roots of the Iranian Revolution, Lake View Press, 1982, pp. 25–26 4 fevral 1949-cu il tarixində Şah Məhəmməd Rza Pəhləviyə qarşı Fəxr-Arayi tərəfindən sui-qəsd cəhdi edilmişdir. İlkin olaraq Fəxr-Arainin kommunist Tudə Partiyasının üzvü olduğu güman edilmiş, lakin sonradan onun daha çox "İslam Fədailəri"nin dindar fundamentalist üzvü olması ehtimalı müəyyən edilmişdir.Molavi, The Soul of Iran, (2005), p. 323

İmami ilə yanaşı, Rəzmaranın qatili Xəlil Təhmasibi də Məhəmməd Müsəddiqin baş nazirliyi dövründə İran parlamenti tərəfindən əfv edilmişdir. Parlamentin nüfuzlu üzvü və "İslam Fədailəri" tərəfdarı olan Ayətullah Əbülqasim Kaşani Təhmasibi barəsindəki ölüm hökmünün ləğv edilməsi və onun "İslam əsgəri" elan olunması üçün xüsusi qanunun qəbul edilməsini təşkil etmişdir.Taheri, The Spirit of Allah, (1985), p. 109 Bu, iranlı dünyəvilər arasında böyük narahatlığa səbəb olmuşdur, lakin Müsəddiqin devrilməsindən sonra Təhmasibi 1952-ci ildə yenidən həbs edilərək mühakimə olunmuşdur. O, ölüm cəzasına məhkum edilmiş və 1955-ci ildə edam edilmişdir. Bundan əlavə, Ayətullah Kaşani sui-qəsddən sonra Müsəddiq ilə ittifaqına son qoyaraq şaha yaxınlaşmışdır.

"İslam Fədailəri" İranın xarici ölkələrə məxsus neft sənayesinin milliləşdirilməsini qətiyyətlə dəstəkləmiş, lakin hərəkatın lideri Məhəmməd Müsəddiq baş nazir olduqdan sonra ona qarşı çıxmışdır. Buna səbəb Müsəddiqin şəriət qanunlarını tətbiq etməkdən və radikal islamçıları yüksək vəzifələrə təyin etməkdən imtina etməsi olmuşdur.Abrahamian, Ervand, A History of Modern Iran, Cambridge University Press, 2008, p. 116 Qrup Müsəddiqə qarşı sui-qəsd cəhdi təşkil etmişdirAbrahamian, Khomeinism, 1993, p. 105 və "İslam Fədailəri"dən gələn təhlükə Müsəddiqin baş nazirlik ofisini öz iqamətgahına köçürməsinə səbəb olan əsas amillərdən biri kimi göstərilmişdir. 15 fevral 1952-ci ildə həyata keçirilən digər sui-qəsd cəhdi nəticəsində Müsəddiqin fəal köməkçisi və xarici işlər naziri Hüseyn Fatimi ağır yaralanmışdır. Bu hadisə Fatimini təxminən səkkiz ay müddətinə fəaliyyətdən məhrum etmişdir. Sözügedən sui-qəsd cəhdi qrupun rəhbərliyində ikinci şəxs olan Əbülhüseyn Vahidi tərəfindən planlaşdırılmış və qrupun yeniyetmə üzvü tərəfindən icra edilmişdir.Mohammad Mosaddeq and the 1953 Coup in Iran, Mark j. Gasiorowski and Malcolm Byrne (Eds.), Syracuse University Press, 2004, p. 66

Müsəddiqin devrilməsi ilə nəticələnən çevrilişdən sonra Səfəvi şahı təbrik edərək aşağıdakı fikirləri ifadə etmişdir:

Sonrakı illərdə o, hökumətlə yaxın münasibətdə olmuşdur. 1954-cü ildə İordaniyada keçirilən İslam Konfransında iştirak etmiş və Misirə səfər etmişdir. Orada 1949-cu ildə Misir hökuməti tərəfindən öldürülən "Müsəlman Qardaşlar" ətəşkilatının qurucusu Həsən Bənna haqqında məlumat almış və Seyid Qütb ilə görüşmüşdür. Syed Viqar Salahuddin, Islam, peace, and conflict: based on six events in the year 1979, which were harbingers of the present day conflicts in the Muslim world, Pentagon Press (2008), p. 5

Üləma ilə münaqişə Səfəvi üləma tərəfindən dəstəklənməmiş və şiə mərceyi-təqlidi Ayətullah Hüseyn Bürucerdi onun ideyalarını rədd etmişdir. Bürucerdi təşkilatın silah gücü ilə həyata keçirdiyi soyğunçuluq hadisələrini sorğuladıqda, Səfəvi belə cavab vermişdir: رسول جعفریان، ”جریان ها و سازمان های مذهبی سیاسی ایران“، ص٢٧١ ، ١٣٩٤ شمسی

"İslam Fədailəri" mərcələrə qarşı nüfuzdan salma kampaniyasına başlamış və məlumatlara görə, Bürucerdinin dindən kənarlaşdırılmasını, eləcə də qrupun kampaniyasına qarşı çıxan din xadimlərinin rütbələrinin əlindən alınmasını tələb etmişdir. Nəvvab Səfəvi Bürucerdinin şiə-sünni yaxınlaşması (təqrib) ideyasını bəyənməmiş, bunun əvəzinə islamçı gündəm çərçivəsində şiə-sünni birliyini (vəhdət) müdafiə etmişdir.

Fəaliyyətinin dayandırılması 1955-ci ildə Nəvvab Səfəvi və İmami də daxil olmaqla "Fədayi-e İslam"ın digər üzvləri edam edilmişdilər,Taheri, The Spirit of Allah, (1985), p. 115 lakin müəllif Bağır Müinə görə, qrup fəaliyyətini dayandırmamış, Ayətullah Xomeynini yeni mənəvi lider kimi qəbul etmişdir.Moin, Khomeini (2000), p. 224 Təşkilatın Xomeyninin müridi və sonradan "aslan hakim" kimi tanınan qalmaqallı Sadıq Xalxali tərəfindən "yenidən qurulduğu" bildirilmişdir.Taheri, Amir, Spirit of Allah : Khomeini and the Islamic Revolution, Adler and Adler 1985, p. 187 1965-ci ildə İranın Baş naziri Həsən Əli Mənsura qarşı həyata keçirilən sui-qəsdin də bu qrup tərəfindən törədildiyi hesab olunur. Məlumata görə, Mənsur Xomeyninin tərəfdarları olan Mürtəza Mütəhhəri və Ayətullah Məhəmməd Behiştidən ibarət gizli islam məhkəməsi tərəfindən "mühakimə olunmuş" və Xomeynini sürgünə göndərmək qərarı ilə simvollaşan "Allaha qarşı müharibə" ittihamı ilə ölüm hökmünə məhkum edilmişdir. "Hökmü" icra edən üç nəfər – Məhəmməd Buxarayi, Mürtəza Niknejad və Rza Saffar-Hərəndi həbs edilərək cinayət ortağı kimi ittiham olunmuş, lakin həm məhkəmə, həm də hökm barədəki faktlar yalnız inqilabdan sonra aşkar edilmişdir.Taheri, The Spirit of Allah, (1985), p. 156

Xomeyni ilə əlaqələr Təşkilatın üzvləri dağıdılmışdır. Buna baxmayaraq, Ayətullah Bürucerdinin vəfatından sonra "İslam Fədailəri" tərəfdarları 1963-cü ilin iyununda Qum iğtişaşları ilə siyasi arenaya çıxan Ayətullah Ruhullah Xomeyninin şəxsində yeni lider tapmışdılar. 1965-ci ildə Baş nazir Həsən Əli Mənsur qrup tərəfindən qətlə yetirilmişdir.

İnqilab və İslam Respublikası 1979-cu il İran İslam inqilabından və İran İslam Respublikasının qurulmasından sonra "İslam Fədailəri"nin köhnə üzvləri və ya tərəfdarları tərəfindən təşkilatı bərpa etmək üçün Sadıq Xalxali və Abdullah Kərbasçiyan tərəfindən, Məhəmməd-Mehdi Əbdixudayi, Şeyx Məhəmmədəli Ləvasani və Cavad Vahidi tərəfindən həmçinin qrupun keçmiş təhlükəsizlik rəhbəri Əbülqasım Rəfii tərəfindən üç uğursuz cəhd edilmişdir.Y. Richard, “Ayatollah Kashani: Precursor of the Islamic Republic?” in N. Keddie, ed., Religion and Politics in Iran: Shiism from Quietism to Revolution, New Haven, 1983, pp. 76–79. cite from

"İranika" ensiklopediyasından Fərhad Kazeminin qeyd etdiyinə görə, İslam Respublikasında "İslam Fədailəri" irsinin əsas daşıyıcıları İslam Cəmiyyətləri Koalisiyasıdır. Bu koalisiya 1963-cü ildən bəri Ayətullah Xomeyni və onun tərəfdarları ilə əlaqələr quran keçmiş "İslam Fədailəri" üzvləri və tərəfdarlarından təşkil olunmuşdur.

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Kateqoriya:1989-cu ildə yaranan siyasi partiyalar Kateqoriya:Cihad qruplaşmaları Kateqoriya:Gizli təşkilatlar Kateqoriya:İslamçı üsyançı qruplar Kateqoriya:Şiə islamçı qruplar Kateqoriya:İran neokonservatizmi