Nida Vasiliauskayte (; ) — Litvalı filosof, publisist və feminist. O, 2020-ci ildən etibarən seçim azadlığı, artan kollektivizm və ölkənin hüquqi və mədəni mühitində siyasi korrektliyin böyüyən təsiri ilə bağlı baxışlarına görə geniş diqqət çəkməyə başlayıb. Özünü mühafizəkar liberal kimi xarakterizə edib mərkəz-sol yönümlü "İkinci Litva" (Antroji Lietuva) partiyasının təsisçisi olub, Vilnüs Universitetində fəlsəfə doktoru dərəcəsi alıb. Nida Vasiliauskayte "Yeni Sol 95" hərəkatının, Litva Gənc Alimlər İttifaqının və Tolerant Gənclər Assosiasiyasının üzvü olub. Həmçinin 2005-ci ildən 2021-ci ilə qədər "Delfi" xəbər portalının analitiki kimi fəaliyyət göstərib.
Həyatı Nida Vasiliauskayte Litva hökumətinin COVID-19 pandemiyası ilə bağlı yürütdüyü siyasəti kəskin tənqid edib peyvənd seçimi zamanı fərdin öz müqəddəratını təyini hüququnu tam dəstəkləyərək "sağlamlıq, təhlükəsizlik, həyat və ölüm hüququ hökumətə deyil, bizə — vətəndaşlara məxsusdur" deyə bəyan edib. Etiraz aksiyası zamanı insanların xəstələnmə və hətta ölmə azadlığının olduğunu, dövlətin himayəsinə ehtiyac duymadıqlarını vurğulayıb hökumətin seçilməsinə baxmayaraq demokratik institut kimi hərəkət etmədiyini bildirib və Adolf Hitlerin də hakimiyyətə qanuni demokratik prosedurlarla gəldiyini xatırladıb. Bu çıxışlara cavab olaraq Litvanın Baş naziri İnqrida Şimonite Facebook sosial şəbəkəsində Nida Vasiliauskayte və tərəfdarlarının ehtiyac duyduqları təqdirdə xəstəxanalarda süni tənəffüs aparatlarından və tibbi yardımdan məhrum edilməyəcəklərini, çünki bunun konstitusiya və Hippookrat andı ilə bir başa əlaqəsinin olduğunu bildirib.
Nida Vasiliauskayte açıqlamasında hazırki Litva hökümətinin siyasəti ilə bağlı bunları deyib: "O, Avropa İttifaqı haqqında fikirlərini bölüşərək üzvlüyün özlüyündə universal bir dəyər olmadığını, Litva xalqının vaxtilə bu birliyə cəlbedici vədlər — malların və xidmətlərin sərbəst hərəkəti, ümumi mədəni məkan, bazar və təhlükəsizlik üçün səs verdiyini xatırladıb. Lakin o, hazırda bu vədlərin heç birinin real görünmədiyini, hərəkət və azadlığın olmadığını, Qərb həyatı xəyalının və demokratiyanın itdiyini iddia edib. Əksinə, Avropa İttifaqının artıq baş nazirlərin əmrlər aldığı bir mənbəyə çevrildiyini və milli müstəqilliyin məhv edildiyini vurğulayıb".
İstinadlar
Xarici keçidlər delfi.lt Şəxsi bioqrafiyası
Kateqoriya:Sosial filosoflar