Azərbaycanın Özbəkistan Respublikasındakı səfirliyi — Azərbaycan Respublikasının Özbəkistanda diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq Özbəkistanla Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Özbəkistan Respublikasında təmsil edir.

Özbəkistanla Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləridir və bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı və s. çərçivəsində həmişə bir-birini dəstəkləyir.

31 oktyabr 2012-ci ildən Azərbaycan Respublikasının Özbəkistanda Fövqaladi və səlahiyyətli səfiri Hüseyn Quliyevdir.H.R.Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Diplomatik əlaqələri İki ölkə arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi 1996-cı ildə açılmışdır.

Özbəkistanın Azərbaycan Respublikasındakı səfirliyi 1998-ci ilin may ayında təsis edilmişdir. 2024-cü ildə Azərbaycanın Gəncə şəhərində Özbəkistan Respublikasının Fəxri konsulluğunun açılışı olmuşdur.

Azərbaycanın Özbəkistandakı səfirləri Aydın Əzimbəyov 20 iyun 1996 – 16 dekabr 2004Ə. Əzimbəyovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Namiq Abbasov 16 dekabr 2004 – 31 oktyabr 2012 Hüseyn Quliyev — 2012

Səfir Müddət başlanğıcı Müddətin sonu Aydın ƏzimbəyovƏ. Əzimbəyovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 20 iyun 1996 16 dekabr 2004Namiq Abbasov 16 dekabr 2004 31 oktyabr 2012 Hüseyn Quliyev 2012

Viza Azərbaycan vətəndaşları Özbəkistana viza tələb olunmadan daxil ola bilərlər və Özbəkistanda 90 günədək vizasız qala bilirlər. Lakin təhsil almaq, işləmək və ya uzun müddət qalmaq istəyən şəxslər üçün müvafiq viza və ya yaşayış icazəsi tələb olunur.

İstinadlar

Xarici keçidlər Azərbaycanın Özbəkistanda səfirliyi Embassy of Uzbekistan in Azerbaijan

Kateqoriya:Özbəkistan Kateqoriya:Azərbaycan–Özbəkistan münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Özbəkistanın xarici siyasəti Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Özbəkistanın ikitərəfli əlaqələri