Aynülhəyat Əhməd (; ) — Kavalalı ailəsinə mənsub şahzadə, Misir sultanı Hüseyn Kamilin ilk xanımı.
1858-ci ildə Qahirədə dünyaya gəldi. Atası Osmanlıların Misir və Sudan hakimi Kavalalı İbrahim Paşanın oğlu Əhməd Rüfət Paşa, anası isə onun xanımlarından Dilbər Cahan Qadınəfəndidir. Atasının faciəvi ölümündən 5 ay sonra dünyaya gəldi. Bu səbəblə, uşaqlıq illərindən etibarən əmisi İsmayıl Paşanın himayəsində böyüdü. Elə uşaqlıq illərindən etibarən əmisi İsmayıl Paşa onu oğullarından Hüseyn Kamillə evləndirməyi planlaşdırırdı. Cütlüyün evliliyi 1873-cü ildə baş tutdu. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, bunlardan ikisi yetkinlik yaşına çata bilmədi.
Kəmaləddin Hüseyn Kazımə Hüseyn (16 iyul 1876 - 1921) Kamilə Hüseyn (1877-1895) Əhməd Kazım Hüseyn (1879-1884)
Cütlük ilk başda xoşbəxt olsa da, sonralar münasibətləri pisləşdi və boşandılar. Geri qalan həyatı boyunca bir daha evlənmədi. 12 avqust 1910-cu ildə Parisdə vəfat etdi. Cənazəsi Qahirəyə gətirildi və burada dəfn olundu.
Mənbə
Ədəbiyyat
Reina Lewis, Nancy Micklewright (9 Jul 2006). Gender, Modernity and Liberty: Middle Eastern and Western Women's Writings: A Critical Sourcebook. I.B.Tauris. p. 241. ISBN 978-1-860-64956-1 Tugay, E.F. (1974). Three Centuries; Family Chronicles of Turkey and Egypt. Greenwood Press. p. 158. ISBN 978-0-8371-7117-3 Montgomery-Massingberd, H.; Williamson, D. (1977). Burke's Royal Families of the World: Africa & the Middle East. Burke's Royal Families of the World. Burke's Peerage. p. 36. ISBN 978-0-85011-029-6 Hassan Hassan (January 10, 2000). In the House of Muhammad Ali: A Family Album, 1805-1952. American Univ in Cairo Press. p. 125. ISBN 978-9-774-24554-1 The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. Oxford University Press. 2008. pp. 140. ISBN 978-0-195-14890-9 Kateqoriya:Misir müsəlmanları Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri