Mierkurya-Çuk (, ) — Rumıniyanın Xargita judetsində bələdiyyə statusuna malik şəhər, judetsin inzibati mərkəzi.

Şəhər Buxarestdən 215 km şimalda, Braşovdan isə 80 km şimalda yerləşir.Fiziki məsafələr yaşayış məntəqələrinin coğrafi koordinatları əsasında hesablanmışdır.

Tarixi

Bu Transilvaniya şəhəri tarixdə ilk dəfə "Çik-Sereda" adı ilə tanınmışdır. 1661-ci il şəhərin tarixində faciəvi bir il olmuşdur. Çik bölgəsinin sakinləri knyaz II Dyörd Rakotsinin Osmanlı Portasının razılığı olmadan başlatdığı Polşa kampaniyasında iştirak etdikləri üçün Temeşvarlı Əli Paşa Çikə hücum etmiş və ərazi türk-tatar qüvvələri tərəfindən dağıdılmışdır. Çik-Somlyodan olan fransiskan rahibi Yanoş Kayoni bu barədə belə yazmışdı: "Bütpərəstlik... bütün Çiki bürüdü". O, "bütpərəstlik" dedikdə osmanlıların xristianlıq əleyhinə olan radikallığını nəzərdə tuturdu.

1876–1918-ci illər arasında Çik-Sereda Avstriya-Macarıstanın tərkibində olmuş və Çik komitatının (inzibati vahidinin) mərkəzi rolunu oynamışdır. Trianon sülh müqaviləsi ilə bütün Transilvaniya ilə bərabər şəhər də Rumıniyaya verilmiş və Mierkurya-Çuk adını almışdır. 1927-ci ildən 1938-ci ilə qədər Çuk judetsinin inzibati mərkəzi olmuşdur.

1940-cı ildə İkinci Vyana arbitrajının nəticələrinə əsasən Mierkurya-Çuk yenidən Macarıstana verilmiş və 1944-cü ilə qədər onun tərkibində qalmışdır. 1944-cü ildə şəhər Qırmızı Ordu tərəfindən tutulmuş və 1945-ci ildə yenidən Rumıniyanın tərkibinə daxil olmuşdur. 1952-ci ildən 1968-ci ilə qədər şəhər Macar Muxtar Vilayətinin (1960-cı ildən Mureş-Macar Muxtar Vilayəti) tərkibində yer almışdır. 1968-ci ildə Rumıniyanın judets bölgüsü bərpa edildikdə macar muxtariyyəti ləğv edilmiş və Mierkurya-Çuk Xargita judetsinin inzibati mərkəzi elan olunmuşdur.

İkinci Dünya müharibəsindən sonra Mierkurya-Çukda sənayeləşmə siyasəti aparılmış, xüsusilə traktor zavodu, tekstil fabriki və pivə zavodu tikilmişdir.

Təhsil

2001-ci ildə şəhərdə özəl "Sapientia Universiteti" — Transilvaniya Macar Universiteti açılmışdır. Bu, Rumıniyada tədrisin tamamilə macar dilində aparıldığı ilk universitetdir.

İstinadlar

Xarici keçidlər

https://web.archive.org/web/20160814203034/http://regizene.ro/html/2016/en/