Sadiman Vəlişir oğlu Hacıyev () — X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı.
Həyatı Hacıyev Sadiman Vəlişir oğlu 1935-ci ildə Fizuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. Üzümüçülük sahəsində istehsalat qabaqcılı və Keçmiş SSRİ-nin dövlət mükafatı laureatı olmuşdur (1982). Fizuli rayonunda Engels adına savxozda briqadir işləmişdir. Rəhbərlik etdiyi briqada vahid sahədən ilbəil sistematik şəkildə məhsuldarlığın yüksəldilməsi ilə tarixə düşmüşdür.
X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Oktyabr inqilabı və qırmızı əmək bayrağı ordenləri ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları