Əl-Kafi () — Hakimi-Şəhid tərəfindən hazırlanmış fiqhi məcmuə. Əsərin digər adı "əl-Müxtəsərül-kafi"dir.
Əsər "Əl-Kafi" Hakimi-Şəhidin ən mühüm işi hesab olunur və bu əsərdə Məhəmməd ibn Həsən əş-Şeybaninin "Zahirur-Rəvayə" adlı əsərləri birləşdirilmiş, təkrar hissələr ixtisar edilmiş və fiqhi mövzular bablar şəklində təqdim edilmişdir. Bu əsər Hənəfi məzhəbindəki zahirur-rəvayə görüşlərinin müəyyənləşdirilməsində etibarlı bir mənbə hesab olunur.
"Əl-Kafi" Hənəfilikdə Məhəmməd ibn Həsən əş-Şeybaninin əsərlərindən sonra fundamental mənbələrdən biri hesab edilir. Məhəmməd ibn Həsən əş-Şeybaninin nadir rəvayətlərinə əsaslanan "Kitabüş-Şürut" və "Kitabül-Hiyəl" əsərləri ilə Əbu Yusifin "İxtilafü Əbi Hənifə və İbn Əbi Leyla" adlı əsərini də özündə ehtiva edən "əl-Kafi"nin bir neçə şərhi vardır. Bunlar arasında ən mühümü əs-Səraxsi tərəfindən qələmə alınmış "əl-Məbsut"dur.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:Sünni ədəbiyyatı