Rafiq Hidayət oğlu Manaflı () — Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sabiq sədri.

Həyatı Rafiq Manaflı 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975–1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980–1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992–1996 – Özünün təşkil etdiyi "Plastik" kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi "Təkamül" MMC-in direktorudur.

Siyasi Fəaliyyəti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü, 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsinin Məclisinin üzvü olub.

1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvüdür. 2001-ci ildən 2021-ci ilədək VHP Ali Məclisinin sədri olmuşdur.

2012-ci ildən İctimai Palatanın Koordinasiya Şurasının üzvü olub. 2020-ci ilədək Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olmuşdur.

Ailəsi Evlidir, iki oğlu var.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvləri