"Há um mar que nos separa" () — Portuqaliya müğənnisi Leanor Andradenin ifasında lentə alınmış mahnı. Kompozisiyanın mətni Migel Gameyru tərəfindən yazılmışdır. Mahnı "Festival da Canção 2015" müsabiqəsinin qalibi olmuş və Avstriyanın Vyana şəhərində keçirilən "Avroviziya-2015" mahnı müsabiqəsində Portuqaliyanı təmsil etmiş, lakin final mərhələsinə vəsiqə qazana bilməmişdir.

Buraxılışı "Há um mar que nos separa" mahnısı 20 mart 2015-ci il tarixində RTP teleşirkətinin rəsmi internet saytında onlayn dinlənilməyə verilmişdir. Kompozisiya daha sonra, 7 aprel 2015-ci il tarixində RTP və "Universal Music" leyblları vasitəsilə rəqəmsal yükləmə formatında buraxılmışdır. Təbliğat xarakterli sinql diskinə mahnının əsas portuqalca versiyası ilə yanaşı, ingiliscə, ispanca və iki akustik versiyası daxil edilmişdir.

Quruluşu "Há um mar que nos separa" elektron rok elementlərinin təsiri altında olan pop janrlı mahnıdır və iki dəqiqə əlli doqquz saniyə davam edir. Mətn baxımından bu musiqi parçasında Andrade keçmiş sevgilisini yad edərək "Bizi ayıran dənizdirsə, mən onu həsrətimlə qurudaram" misralarını ifa edir.

Canlı çıxışlar Andrade "Há um mar que nos separa" mahnısını canlı olaraq ilk dəfə Avroviziya mahnı müsabiqəsi üçün Portuqaliyanın milli seçim turu olan "Festival da Canção 2015" müsabiqəsinin birinci yarımfinalında ifa etmişdir. Andrade dörd gün sonra keçirilən böyük finalda da bu mahnını ifa etmiş və yarışmanın qalibi olmuşdur. 27 mart tarixində Andrade bu mahnı ilə "Maratona da Saúde" xeyriyyə tədbirində çıxış etmişdir. 19 aprel tarixində Andrade "Got Talent Portugal" layihəsində bəstəkar Migel Gameyrunun müşayiəti ilə mahnının akustik versiyasını təqdim etmişdir.

Trek siyahısı Rəqəmsal yükləmə "Há um mar que nos separa" –

Buraxılış tarixi Region Tarix Format Leybl Ümumdünya 20 mart 2015 Striminq RTP / Universal Music 7 aprel 2015 Rəqəmsal yükləmə RTP / Universal Music

İstinadlar

Kateqoriya:2015 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2015-ci ilin sinqlları Kateqoriya:Portuqal dilində mahnılar