Andrey Sergeyi Ovnanyan (; ), daha çox André () mono-adı ilə tanınır — Ermənistan müğənnisi. 2000-ci illərin ortalarında Ermənistanın ən məşhur pop ulduzlarından biri olmuş və 2004–2018-ci illərdə müxtəlif "Erməni Musiqi Mükafatları" mərasimlərində "Ən yaxşı kişi müğənni" mükafatına layiq görülmüşdür. O, 2006-cı il Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Without Your Love" mahnısı ilə təmsil etmişdir ki, bu da ölkənin sözügedən müsabiqədəki ilk çıxışı olmuşdur.
On beş yaşında ikən "İntibah yolu" musiqi müsabiqəsində qalib gələrək peşəkar karyerasının təməlini qoymuşdur. Dövlət Musiqi Teatrında 5 il çalışmaqla bərabər, İrəvan Dövlət Konservatoriyasında təhsilini davam etdirmiş və fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
O, həmçinin "Hay Superstar", "My name is…", "Premiere" və "X-Factor" kimi bir neçə televiziya layihəsində münsif qismində iştirak etmişdir. Bununla yanaşı, ifaçının "Andrenaline" adlı şəxsi realiti-şousu da mövcud olmuşdur. 2005-ci ildən etibarən Andrenin prodüseri Anuş Ovnanyandır.
Erkən illəri Andre 8 iyul 1979-cu il tarixində Azərbaycan SSR-də, Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olmuşdur. Üç yaşından etibarən oxumağa başlayan Andrenin ilk səhnəsi stul, ilk auditoriyası isə ailəsi olmuşdur. Üç il sonra o, musiqi məktəbinə daxil olmuş və burada fortepiano dərsləri almağa başlamışdır. Birinci Qarabağ müharibəsinin ölkəyə və insanlara mənfi təsir göstərdiyi bir dövrdə, onun yeganə ümid işığı musiqi və müğənni olmaq xəyalı olmuşdur. Bu hadisələr doqquz yaşında ikən tanrıya olan şükranlığını ifadə edən ilk mahnısı olan "Dua"nı yazmasına səbəb olmuşdur.
Onun peşəkar müğənnilik karyerası 15 yaşında, "İntibah yolu" musiqi müsabiqəsində qalib gəldikdən sonra başlamışdır. Növbəti bir neçə il ərzində Andre "Qarabağ" pop-caz qrupunun solisti olmuş, bu qrupla birlikdə müxtəlif qastrol səfərlərində çıxış etmişdir. Asiya, Şərqi Avropa və Amerika Birləşmiş Ştatlarında keçirilən çoxsaylı musiqi festivallarında iştirak edərək onların bir çoxunda qalib gəlmiş, digərlərində isə ilk üçlükdə qərarlaşmışdır. Avstraliya R&B/pop müğənnisi Samanta Ceyd ilə birlikdə "Come Back" adlı kompozisiyanı ifa etmişdir.
Karyerası 2006-cı ildə Yunanıstanın Afina şəhərində keçirilən 2006-cı il Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən ilk ifaçı olmuşdur. Onun ifa etdiyi "Without Your Love" mahnısı müasir Qərb və ənənəvi erməni musiqisinin sintezindən ibarət olmuşdur. Kompozisiya Ermənistan Caz Orkestrinin dirijoru Armen Martirosyan (erm. Արմեն Մարտիրոսյան) tərəfindən bəstələnmişdir. Mahnının alətləndirilməsi və aranjimanı Ara Torosyan (erm. Արա Թորոսյան) tərəfindən yerinə yetirilmişdir. Mahnının, eləcə də Andrenin Avroviziyadakı çıxışının prodüseri və rejissoru Anuş Hovnanyan olmuşdur. Ermənistan İctimai Televiziyası bu mahnını 15 mart 2006-cı il tarixində ictimaiyyətə təqdim etmişdir. Yarımfinal mərhələsini uğurla keçən Andre, müsabiqənin finalında 129 xal toplayaraq 8-ci yeri tutmuşdur.
Diskoqrafiya Albomlar It's Me () (2003) Only Love () (2005) 1000X/1000 Times () (2006) Secret of Happiness () (2008) ANDREnaline (2010) My Soul () (2014)
Sinqllar My Love To You (2005) Without Your Love (2006)
Mükafat və nominasiyalar İl Mükafat Kateqoriya Şəhər Nəticə 2001 International Music Contest “Golden Skif” Donetsk 2001 International Music Contest “Golden Shlyager” Mogilyov 2002 Voice of Asia Almatı 2003 International Youth Music Festival “Festos” Golden Diploma Award Moscow 2003 Shanghai Asia International Music Festival Excellent New Singer Şanxay 2003 Armenian Song of the Year The Greatest Contributor in Armenian Music Moskva 2003 Hit FM Radio Best Song of the Year “Antsa – gnatsi” 2004 World Championships of Performing Arts The Champion of the World Hollivud 2004 Krunk Pan-Armenian Music Festival Best Singer of the Year Yerevan 2004 Golden Lyre Awards Best Song of the Year “My Love to You” Yerevan 2005 National Music Awards Best Singer of the Year 2005 The Key of Glendale Qlendeyl 2006 Person of the Year Moskva 2006 Tashir Music Awards "Avance" PrizeArmenia Music Awards Moskva 2006 M Club Music Awards Best Male Singer Hollivud 2006 M Club Music Awards Best Armenian International Artist Hollivud 2006 M Club Music Awards The Varduhi Vardanyan Achievement Award Hollivud 2007 Armenian Music Awards Male Singer of the Year Los-Anceles 2009 Tashir Music Awards Singer of the Decade Moskva 2009 Armenian Music Awards The Ambassador of Armenian Music Los-Anceles 2009 M Club Music Awards The Ambassador of Armenian Music Los-Anceles
İstinadlar
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Ermənistan müğənniləri Kateqoriya:Azərbaycan erməniləri