Korin Erme əsl adı Korin Miller (; ) — Fransa müğənnisi. O, Lüksemburqu təmsil edərək "Si la vie est cadeau" mahnısı ilə 1971-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.
Həyatı Korin Ermenin karyerası 1974-cü ildə Rokbrün-sür-Arjansda keçirilən mahnı müsabiqəsində qalib gəlməsi ilə başlayıb. Beş il sonra, onun "La ville où je vis / Le blouson gris" sinqlının yazılışı zamanı bəstəkar və prodüser Bernar Estardi onun səsini eşidib və ona tezliklə işıq üzü görəcək "36 Front populaire" musiqili komediyasında Jülyen Klerk ilə tərəf-müqabili olacağı baş qadın rolunu təkl edib. Müzikldakı mahnılardan ibarət ikiqat albom buraxılsa da, siyasi səbəblərə görə bu müzikl heç vaxt səhnələşdirilməyib — solçu hökumətə qarşı satirik tənqidlər Fransadakı mərkəz-sağ hökumətin dövrü ilə vaxt baxımından üst-üstə düşməyib.
1983-cü ildə Korinn, Almaniyanın Münxen şəhərində keçirilən 28-ci Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu təmsil etmək üçün RTL tərəfindən daxili seçim fərmanı ilə təyin olunub. Onun Jan-Pyer Millers tərəfindən bəstələnmiş və sözləri Alen Qarsiyaya məxsus olan "Si la vie est cadeau" mahnısı müsabiqə gecəsi sonuncu sırada ifa edilib və 6 rəqib ölkədən maksimum xal almaqla ümumilikdə 142 xal toplayıb. Bu, Lüksemburqa indiyə qədərki beşinci və sonuncu qələbəsini gətirmək üçün kifayət edib. Belə ki, o, ikinci yerdə qərarlaşan İsrail təmsilçisi Ofra Hazanı cəmi 6 xallıq cüzi bir fərqlə qabaqlayıb. Bu qələbə, 90-cı illərin ortalarında İrlandiya hər iki ölkəni geridə qoyana qədər, Lüksemburqu ən çox qələbə qazanan ölkə kimi Fransa ilə eyni sıraya gətirib. Bu, 28 buraxılış ərzində qalib gələn on ikinci fransızdilli mahnı olub, lakin o vaxtdan bəri yalnız iki fransızdilli iştirakçı qalib gələ bilib. Onun qalib gələn mahnısı Fransanın top-10 hit-paradında doqquz həftə qalıb və müsabiqədən bir həftə sonra 4-cü pilləyə yüksəlib. Lakin İsveç və İsveçrədə qısa müddət ərzində top-20-yə daxil olmasını nəzərə almasaq, bu mahnı həm alman, həm də ingilis dillərində versiyalarının yazdırılmasına baxmayaraq, 1960-cı illərin əvvəllərindən bəri digər ölkələrdə ciddi kommersiya uğuru qazanmayan ilk Avroviziya qalibi olub.
Qələbəsindən sonra Korinn yeni albomunu elan etsə də, yalnız iki mahnı — "Vivre à deux" və "Michaël" işıq üzü görüb və qısa müddət sonra onun prodüseri Haim Saban ABŞ-a köçüb. 1986-cı ildə o, "Ma liberté" sinqlını buraxıb, 1989-cu ildə isə Fransada top-20-yə daxil olan və Belçikanın fransızdilli hit-paradlarında 2-ci pilləyə yüksələn "Dessine-moi" mahnısı ilə yenidən uğur qazanıb. Sonradan Korin, Fransa Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan "Victoires de la Musique" musiqi mükafatlarında "Ən yaxşı gənc qadın ifaçı" (kəşf) kimi tanınıb. Mahnının ilk dəfə on il əvvəl işıq üzü gördüyünü nəzərə alsaq, bu qərar mübahisələrə səbəb olub.
1993-cü ildə o, TF1 telekanalının "Les Grandes Marées" dram serialının ana musiqisi kimi istifadə olunmaq üçün Fransua Valeri tərəfindən bəstələnmiş "L'amour est artiste" mahnısını yazdırıb. 2000-ci ildə o, 2000-ci il Avroviziya Mahnı Müsabiqəsində Estoniyanın təmsilçisini seçən beynəlxalq münsiflər heyətində Fransanı təmsil etmək üçün dəvət alınb. Növbəti il isə 2001-ci il Avroviziya Mahnı Müsabiqəsində Fransanın səsvermə nəticələrini təqdim edib.
2006-cı ildə "Chérie FM" və "Fnac" ilə tərəfdaşlıq çərçivəsində "Vraie" adlı yeni albomunu çıxarıb. Həmin albomdan iki yeni sinql — "S'il n'y avait pas les mots" və "On vit comme on aime" işıq üzü görüb; sonuncu mahnının klipində Korsika mənşəli Belçika komiki Fransua Vinsentelli rol alıb. Əvvəllər buraxılmamış "Seule sans toi" mahnısı 2009-cu ildə "I love you in Beautiful Paris" adlı toplu alboma daxil edilib və Korinn 2012-ci ildə özünün ən yaxşı mahnılarından ibarət ("best-of") albomunu təqdim edib. Onun indiyə qədərki ən son albomu olan "Intemporelle" 2019-cu ildə işıq üzü görüb və məşhur fransız və beynəlxalq mahnıların 10 kover versiyasından ibarətdir.
Diskoqrafiyası 1980 — 36 Front populaire 1997 — Ses plus grands succès 2006 — Vraie 2008 — Si la vie est cadeau — 25 ans
İstinadlar
Xarici keçidlər
Official site Site du Concours Eurovision de la Chanson en français, base de données complète (Non official) Si la vie est cadeau lyrics with English translation Corinne Hermès at Bide et Musique
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Lüksemburqun "Avroviziya" təmsilçiləri Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Fransızlar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Pop müğənnilər