Gürcüstan 2025 Avroviziya Mahnı Müsabiqəsində — Gürcüstanın 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Gürcüstanı 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində Buka Kartozia və Keti Qabisiani tərəfindən qələmə alınmış, Mariam Şengeliyanın ifasında "Freedom" mahnısı təmsil etmişdir. Müsabiqədə iştirak edən Gürcüstanın teleradio şirkəti – Gürcüstan İctimai Yayımçısı (GPB), yarışma üçün öz təmsilçisini daxili seçim yolu ilə müstəqil şəkildə müəyyənləşdirmişdir.
Gürcüstan 15 may 2025-ci il tarixində baş tutan ikinci yarımfinal mərhələsində yarışmaq üçün seçilmişdir. Səhnəyə 10-cu sırada çıxan Gürcüstan, ikinci yarımfinalın ən yaxşı on iştirakçısı sırasına daxil ola bilməmiş və bu səbəbdən finala adlamamışdır. Sonradan məlum olmuşdur ki, Gürcüstan yarımfinalda mübarizə aparan 16 ölkə arasında 28 xal toplayaraq 15-ci yeri tutmuşdur.
Zəmin Müsabiqədə iştirak edən rəsmi yayımçı kimi GPB Avroviziya Mahnı Müsabiqəsi üçün öz təmsilçisinin seçilməsini təşkil edir və tədbiri ölkə daxilində nümayiş etdirir. GPB 2 sentyabr 2024-cü il tarixində 2025-ci il müsabiqəsində iştirak etmək niyyətini təsdiqləmişdir. Keçmişdə yayımçı Avroviziya üçün öz təmsilçilərini həm milli seçim turları, həm də daxili seçim vasitəsilə müəyyənləşdirmişdir. 2024-cü ildə GPB daxili seçim formatını tətbiq etmək qərarına gəlmiş və bu metod 2025-ci il müsabiqəsi üçün də qorunub saxlanılmışdır.
Daxili seçim 14 mart 2025-ci il tarixində GPB Mariam Şengelianın ifasında "Freedom" mahnısının 2025-ci il Avroviziya müsabiqəsində Gürcüstanın rəsmi təmsil forması olacağını bəyan etmişdir. Şengelia daha əvvəl – 2020-ci ildə "Georgian Idol" musiqi realiti-şousunun doqquzuncu mövsümündə və ifaçı seçimində iştirak edərək altıncı yeri tutmuş və ölkəni təmsil etməyə cəhd göstərmişdir. "Freedom" mahnısı sözləri Buka Kartoziya tərəfindən yazılmaqla Keti Qabisiani tərəfindən bəstələnmiş və GPB-yə daxil olan 18 yerli, həmçinin xarici bəstəkar tərəfindən göndərilən 20 müraciət arasından seçilmişdir. Mahnının musiqi videoklipi Kaxa Buxraşvili tərəfindən çəkilmiş, bədii rəhbərliyi isə Şako Popiaşvili və Nino Tsulaya tərəfindən icra olunmuşdur. Videoklipin premyerası təmsilçinin elan edilməsi ilə eyni vaxtda "Avroviziya"nın rəsmi "YouTube" kanalında baş tutmuşdur.
İstinadlar
Kateqoriya:Gürcüstan Avroviziya Mahnı Müsabiqəsində