Piter de Telluson (; ) – Londonda məskunlaşan və 1762-ci ildə Britaniya təbəəsi olan cenevrəmənşəli iş adamı və bankir. O, ticarət yolu ilə böyük sərvət toplamış və 1797-ci ildə vəfat etdiyi zaman İngiltərədə 4000 akrdan çox torpaq sahəsinə sahib olmuşdur. Onun nəsli Cənubi Yorkşirdə yeni Brodsvort Holl malikanəsini inşa etdirmişdir və bu tikili 1988-ci ildən bəri "English Heritage" təşkilatı tərəfindən qorunub saxlanılır.

Həyatı Telluson, XVI əsrdə Fransadan Cenevrəyə qaçmış hugenot ailəsinin üzvü olmuşdur.John Debrett, Debrett's Peerage of England, Scotland, and Ireland 1820:1282-84 O, İsaak de Telluson (1690–1755-ci illər) və Sara (qızlıq soyadı: le Bullenjer) Tellusonun (1700–1770-ci illər) oğlu idi. Atası Parisdə Cenevrədə filialı olan bir bankın ("Thellusson, Necker et Cie") əsasını qoymuş və Cenevrənin Parisdəki səfiri olmuşdur. Fransa-Cenevrə mənşəli bankir Jorj-Tobi de Telluson (1728–1776-cı illər) Piter Tellusonun böyük qardaşı olmuşdur.

21 iyul 1797-ci ildə vəfat etmişdir.Pierre (Peter) Thellusson, on geneanet

İstinadlar

Kateqoriya:Fransa bankirləri Kateqoriya:Britaniya iş adamları