Fatimə bint Vəlid ibn Muğirə (; ) — Vəlid ibn Muğirənin qızı, Xalid ibn Vəlidin bacısı və qadın səhabə.
Həyatı İbn Həcərə görə də, o Fatimə bint əl-Vəlid ibn əl-Muğirə əl-Qureyşiyyə əl-Məxzumiyyədir.
O, Məkkənin fəthi günü İslamı qəbul etmiş və Məhəmmədə beyət etmişdir. O, əmisi oğlu əl-Haris ibn Hişam ibn əl-Muğirə ilə ailə qurmuş və bu evlilikdən Əbdürrəhman ilə Ümmü Hakim dünyaya gəlmişdir. Bəzi rəvayətlərə görə də o, əl-Haris ibn Hişamdan sonra Ömər ibn Xəttabla ailə qurmuşdur. Lakin bu rəvayətin doğruluğu mübahisəlidir.
Fatimə bint Vəlidin qardaşı Xalid ibn Vəlidin yanına Dəməşqə getdiyi və orada qardaşı ilə məsləhətləşmələr apardığı məlumdur.
Mənbələrdə onun vəfat tarixi haqqında məlumatlara rast gəlinmir.
İstinadlar
Kateqoriya:Məkkəlilər