Yalançı pafos və ya bafos (yun. βάθος, hərf. "dərinlik") — ucalığın (yəni pafosun) gülüş doğuran uğursuz cəhdlərini təsvir etmək üçün 1727-ci ildə Aleksandr Poup tərəfindən "Peri Bathous" essesində daxil edilmiş ədəbi termindir.Oxford English Dictionary, 1st ed. "bathos, n. Xüsusilə, yalançı pafos antiklimaksla, yəni yüksək üslub və ya mövzudan vulqarlığa kəskin keçidlə əlaqələndirilir. O, həm təsadüfi (bədii qüsurluluq), həm də qəsdən (komik effekt yaratmaq üçün) ola bilər.Fiske, Robert Hartwell (1 November 2011). Abrams, Meyer Howard; Harpham, Geoffrey Galt (2009). Qəsdən yaranan yalançı pafos Burlesk və qəhrəmanlıq-komediya poemaları kimi satirik janrlarda özünü göstərir. Bafos və ya batetika incəsənətin digər sahələrində də analoji effektlər üçün istifadə olunur, məsələn, musiqidə belə pasajlar ridicolosamente adlanır. Kinoda yalançı pafos gülüşlə gərginliyi azaltmaq üçün nəzərdə tutulmuş kontrast montaj nəticəsində və ya təsadüfi kəskin kadr dəyişimi yolu ilə yarana bilər.

Nümunələr

Ənənəvi Alfred Tennisonun "Enox Arden" poeması aşağıdakı sətirlərlə bitir (hərfi tərcümə):Beləcə bu güclü, qəhrəman ruh getdi. Və onu dəfn edəndə, bu kiçik liman Nadir hallarda bundan daha bahalı dəfn görmüşdü.Yüksək poetik dillə yazılmış misralardan sonra Tennison iki qısa sətirlə pafoslu hekayəni prozaik (məişət) detalı ilə yekunlaşdırır. Bu effekt oxucunu poetik dünyadan qoparır, eyni zamanda ölümün qaçılmazlığı və qəhrəmanlıqların keçiciliyi haqqında düşünməyə vadar edir.

Maraqlıdır ki, rus dilinə tərcüməsində Qustav Şpet yalançı pafosdan imtina edir və daha yüksək üslublu sözlər tapmağa çalışır:Beləcə bu şanlı ruh getdi. Onu qəbiristanlığa aparanda, Liman bundan daha təntənəli mərasim görməmişdi. Musiqi nümunəsi kimi İqor Stravinskinin 1923-cü ildə nəfəsli alətlər üçün bəstələdiyi "Oktet" əsərini göstərmək olar. İlk iki hissə və demək olar ki, bütün üçüncü hissə, novator harmoniyaların tətbiqinə baxmayaraq, ənənəvi klassik struktura əsaslanır. Lakin 25 dəqiqəlik əsərin son on beş saniyəsində musiqi kəskin və eksentrik şəkildə dəyişərək müasir rəqs zalları (dansinq-holl) musiqisinin ritmi və üslubuna malik populyar melodiyaya çevrilir.

Müasir Müasir nümunələr tez-tez qeyri-ixtiyari komik görünmək üçün xüsusi yazılmış təşbehlər formasını alır: "The Washington Post" qəzetinin "The Style Invitational" adlı yumoristik müsabiqə sütununda komik təşbehlərə həsr olunmuş "Həftə 310: Sanki belədir" buraxılışı (14 mart 1999-cu il) bəzən bafos ehtiva edir, məsələn: Balerina zərifcəsinə puantlara qalxdı və it yanğın kranına ayağını qaldırdığı kimi incə ayağını arxaya uzatdı."Week 310: It’s Like This" . Ən pis roman başlanğıcı üzrə Bulver-Litton müsabiqəsi bənövşəyi proza (həddindən artıq bəzəkli üslub) təqdim etməklə yanaşı, bəzən bafos da nümayiş etdirir: Birlikdə keçirəcəkləri cəmi bir gecə qalmışdı və onlar iki fərqli dada malik — narıncı və sarımtıl-ağ hörülmüş pendir kimi bərk qucaqlaşdılar; narıncı çox güman ki dadı kəskin olmayan çedder, ağ isə... motsarella idi, baxmayaraq ki, provolone və ya sadəcə adi Amerika pendiri də ola bilərdi, çünki fərqli rənglərə boyanaraq bizi fərqli olduğuna inandırmağa çalışsalar da, dadı narıncıdan elə də fərqlənmir. Mariann Simms, Uetampka, Alabama (2003-cü ilin qalibi) Əfsanəvi darts şərhçisi Sid Uoddell öz atmacaları ilə tanınırdı, o cümlədən yalançı pafosun bu nümunəsi məşhurdur: "Makedoniyalı İsgəndərin 33 yaşı olanda o, acı göz yaşları tökürdü, çünki fəth etmək üçün daha heç bir dünya qalmamışdı... Bristounun isə cəmi 27 yaşı var."

Həmçinin bax Antiklimaks Dar ağacı yumoru

İstinadlar

Ədəbiyyat Alexander Pope (2006) . "Peri Bathous". (Sözün mənbəyi) In Pat Rogers. The Major Works. Oxford: Oxford University Press. pp. 195–238. ISBN 978-0-19-920361-1. OCLC 317742832.

Kateqoriya:Yumor Kateqoriya:Fəlsəfi anlayışlar Kateqoriya:Poetika Kateqoriya:Ritorika Kateqoriya:Satira Kateqoriya:Ritorika üsulları