Hindistanda islam — ölkə əhalisinin 14,2%-ni təşkil edən təxminən 172 milyon insan ilə Hindistanın ən böyük ikinci dinidir (2011-ci il siyahıyaalınmasına görə). İslam dini Hindistana ilk olaraq VII əsrin əvvəllərində ərəb tacirləri vasitəsilə ölkənin qərb sahillərində yerləşən Malabar və Konkan-Qucarat regionlarına gəlmişdir. Keralada yerləşən Çeraman Cümə məscidinin, 629-cu ildə Malik ibn Dinar tərəfindən inşa edilən Hindistandakı ilk məscid olduğu qəbul edilir.
Bizim eranın VII əsrində Bəhreyn valisi tərəfindən Bharuça edilən dəniz ekspedisiyasından sonra, Cənubi Ərəbistan və Fars körfəzindən gələn mühacir ərəb və fars müsəlman tacir icmaları Qucaratın sahil zonalarında məskunlaşmağa başlamışdır. Şiəlik məzhəbinin ismaililik qolu isə XI əsrin ikinci yarısında Fatimi xəlifəsi Müstansır tərəfindən göndərilən daillər (təbliğatçılar) vasitəsilə yayılmağa başlamışdır. Hindistanda ən geniş yayılmış məzhəb Sünnilik, əsas fiqhi məktəb isə Hənəfilikdir. İslam XII əsrdən etibarən Şimali Hindistana türk yürüşləri ilə daha geniş miqyasda nüfuz etməyə başlamış və həmin dövrdən bəri Hindistanın dini və mədəni irsinin ayrılmaz bir hissəsinə çevrilmişdir. XVI əsrdə Böyük Moğol hökmdarı Əkbər şah, imperiyanın yeni paytaxtı Fatehpur Sikrinin memarlıq kompleksinin əsas hissəsi olaraq böyük Cümə məscidini istifadəyə vermişdir.
Əsrlər boyu Hindistanda hindu və müsəlman mədəniyyətlərinin mühüm inteqrasiyası baş vermiş və müsəlmanlar Hindistanın iqtisadiyyatında, elmində, siyasətində və ümumi mədəniyyətində olduqca fundamental rol oynamışdırlar.
Əyalətlərə görə müsəlman əhalisi
thumb|upright=1.82|Hindistanın müxtəlif eyalətlərindəki ümumi əhalinin faizi olaraq müsəlmanlar (2011 siyahıyaalınması).Population by religious communities Census of India , Ministry of Home Affairs, Govt of India 2015-ci il məlumatlarına görə, müsəlmanlar Hindistanın yalnız Cammu və Kəşmir əyalətində və ittifaq ərazilərindən Lakşadvipdə əhalinin əksəriyyətini təşkil edir. Azlıq olaraq sıx məskunlaşdıqları 110 dairədə isə əhalinin ən azı beşdə birini müsəlmanlar təşkil edir.
Hindistan əyalətlərinin müsəlman əhalisi: 2011-ci il siyahıyaalınması
Əyalət Əhali Müsəlmanlar % Müsəlmanlar Hindistan 1,210,854,977 172,245,158 14.2% Andaman və Nikobar adaları 379,944 31,915 8.4% Andhra Pradeş, Telanqana 84,580,777 8,128,661 9.6% Arunaçal-Pradeş 1,382,611 27,652 2.0% Assam 31,169,272 10,659,891 34.2% Bihar 103,804,637 17,542,984 16.9% Çandiqarh 1,054,686 50,625 4.8% Çhattisqarh 25,540,196 510,804 2.0% Dadra və Naqarhaveli 342,853 13,028 3.8% Daman və Diu 242,911 18,947 7.8% Dehli 16,753,235 2,161,167 12.9% Qoa 1,457,723 122,449 8.4% Qucarat 60,383,628 5,857,212 9.7% Haryana 25,353,081 1,774,716 7.0% Himaçal Pradeş 6,856,509 150,843 2.2% Cammu və Kəşmir 12,548,926 8,570,916 68.3% Charkhand 32,966,238 4,780,104 14.5% Karnataka 61,130,704 7,885,861 12.9% Kerala 33,387,677 8,881,122 26.6% Lakşadvip 64,429 61,981 96.2% Madhya-Pradeş 72,597,565 4,791,439 6.6% Maharaştra 112,372,972 12,922,892 11.5% Manipur* 2,721,756 228,627 8.4% Meqhalaya 2,964,007 130,416 4.4% Mizoram 1,091,014 15,274 1.4% Naqalend 1,980,602 49,515 2.5% Orissa 41,947,358 922,842 2.2% Puduçerri 1,244,464 75,912 6.1% Pəncab 27,704,236 526,380 1.9% Racastan 68,621,012 6,244,512 9.1% Sikkim 607,688 9,723 1.6% Tamilnad 72,138,958 4,256,199 5.9% Tripura 3,671,032 315,709 8.6% Uttar-Pradeş 199,581,477 38,519,225 19.3% Uttarakhand 10,116,752 1,406,229 13.9% Qərbi Benqaliya 91,347,736 24,663,889 27.0%
İstinadlar
Ədəbiyyat siyahısı
This article incorporates text from this source, which is in the public domain. Asghar Ali Engineer, Islam in India: The Impact of Civilizations. Shipra Publications, 2002. . Mohamed Taher. Muslims in India: Recent Contributions to Literature on Religion, Philosophy, History, & Social Aspects. Anmol Publications PVT. LTD., 1993. . Excerpts Mohammad Mujeeb. Islam in South Asia: A Short History. Leiden and Boston: Brill, 2008. Murray Thurston Titus, Indian Islam: A Religious History of Islam in India. Milford, Oxford university press, 1930. Yogindar Sikand. Muslims in India Since 1947: Islamic Perspectives on Inter-faith Relations. Routledge, 2004. . Elliot and Dowson: The History of India as told by its own Historians, New Delhi reprint, 1990. Elliot, Sir H. M., Edited by Dowson, John. The History of India, as Told by Its Own Historians. The Muhammadan Period; published by London Trubner Company 1867–1877. (Online Copy: The History of India, as Told by Its Own Historians. The Muhammadan Period; by Sir H. M. Elliot; Edited by John Dowson; London Trubner Company 1867–1877 – This online Copy has been posted by: The Packard Humanities Institute; Persian Texts in Translation; Also find other historical books: Author List and Title List)
M K A Siddiqui (ed.), Marginal Muslim Communities in India, Institute of Objective Studies, New Delhi (2004) (review)
.
Xarici keçidlər
Online Copy: The History of India, as Told by Its Own Historians. The Muhammadan Period; by Sir H. M. Elliot; Edited by John Dowson; London Trubner Company 1867–1877 – This online Copy has been posted by: The Packard Humanities Institute; Persian Texts in Translation; Also find other historical books: Author List and Title List
Kateqoriya:Hindistanda islam Kateqoriya:Hindistanda din Kateqoriya:Ölkələrinə görə islam