— "Seltik Qlazqo" klubunda hücumçu kimi çıxış edən yaponiyalı futbolçu.

Klub karyerası Maeda futbolun sirrlərini "Yamanaşi Qakuin" orta məktəbinin komandasında öyrənmişdir. O, ilk müqaviləsini 2016-cı ildə ölkənin ikinci dərəcəli liqası olan J2 Liqasında çıxış edən "Matsumoto Yamaqa" klubu ilə imzalamışdır. 2017-ci ildə ikinci liqa təmsilçisi "Mito Hollihok" klubuna icarəyə verilmişdir. "Mito" heyətində ikinci liqada 36 matçda iştirak etmişdir. 2018-ci ildə "Matsumoto Yamaqa" klubuna qayıtmışdır. Həmin mövsüm komandası ilə ikinci liqanın çempionu olmuş və birinci liqaya yüksəlmişdir. O, "Matsumoto"nun heyətində ümumilikdə 59 oyunda meydançaya çıxmışdır. 2019/2020 mövsümündə Maeda icarə əsasında Portuqaliyanın birinci divizion təmsilçisi "Maritimu Funsal" klubuna keçmişdir. Bu, onun Avropadakı ilk müqaviləsi olmuşdur. Futbolçu 2020-ci ilin iyun ayının sonunadək bu klubda çıxış etmişdir. 2020-ci ilin iyul ayında Yaponiyaya qayıtmışdır. 2020-ci ilin avqust ayının əvvəlindən mövsümün sonunadək Yaponiyanın birinci liqasında mübarizə aparan "Yokohama F. Marinos" klubuna icarəyə verilmişdir. İcarə müddəti başa çatdıqdan sonra, 2021-ci ilin fevral ayında "Marinos" klubu onunla tam hüquqlu müqavilə imzalamışdır. 2021-ci il mövsümünün sonunda o, braziliyalı Leandro Damyao ilə birlikdə hərəyə 23 qol vuraraq liqanın bombardiri olmuşdur.

2022-ci ilin yanvar ayından etibarən Maeda ilk olaraq icarə əsasında Şotlandiyanın "Seltik Qlazqo" klubuna keçmişdir. Yaydan etibarən məcburi satınalma öhdəliyi ilə Maeda uzunmüddətli müqavilə əldə etmişdir. Qlazqoda o, "Yokohama"dakı keçmiş baş məşqçisi Anqe Postekoqlu ilə yenidən bir araya gəlmişdir. Maeda 16 liqa oyununda altı qol vurduqdan sonra yay fasiləsində "Seltik" satınalma opsiyasını reallaşdırmışdır. Maeda "Seltik" komandası ilə 2022, 2023, 2024, 2025 və 2026-cı illərdə Şotlandiya çempionu olmuşdur.

25 iyul 2026-cı ildə 10 milyon funt qarşılığında "İpsviç"ə transfer olub. Premyer Liqa təmsilçisi yaponiyalı forvardla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

İstinadlar

Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İpsviç Taun FK futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Seltik FK futbolçuları Kateqoriya:Şotlandiya Premyer Liqası futbolçuları Kateqoriya:Şotlandiyada legioner futbolçular Kateqoriya:Yaponiya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:Yokohama F. Marinos FK futbolçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2018 Asiya Oyunları medalçıları Kateqoriya:2019 Kopa Amerika futbolçuları Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:J2 Liqa futbolçuları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Şotlandiya Peşəkar Futbol Liqası futbolçuları