Əbül-Xəttab Əbdülhəmid ibn Əbdilməcid əl-Əxfəş əl-Əkbər (; ) — Ərəb dili alimi. Bəsrə dilçilik məktəbinin nümayəndəsi.
Bioqrafiyası Bənu Qeys ibn Sələbə qəbiləsinin mövlasıdır. Əxfəş ləqəbi ilə tanınan dilçilərin ilki olduğu üçün ona "yaşca ən böyük" mənasını verən əl-Əkbər deyilmişdir. O, Əbu Əmr ibn Əladan dərs almışdır. Ondan isə Sibəveyhi, əl-Kisai, İsa ibn Ömər əs-Səqəfi, Yunus ibn Həbib və Məmər ibn Müsənna dərs almışlar.
Mənbələrdə təqvalı və etibarlı bir alim kimi qeyd olunan Əxfəşin ərəb dilinə ən böyük xidmətlərindən biri bədəvi qəbilələrin ləhcələrini araşdırması və toplaması olmuşdur.
O hicri 177-ci (793) ildə vəfat etmişdir.
Əsərləri Ərəb ədəbiyyatında qəsidələri, hər bir beyti ayrı-ayrılıqda nəzərdən keçirib şərh etmək yeniliyi ona aid edilir. Lakin mənbələrdə onun hər hansı bir əsərinin adı çəkilmir.
Həmçinin bax Əl-Əxfəş əl-Əvsat Əl-Əxfəş əl-Əsğər
İstinadlar Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:VIII əsr ərəbləri