Kürşab (Kürşap, Kürşabdəryə, yuxarı axarında – Gülçə, Gülçö) – Qırğızıstanın Oş vilayətində çaydır. Sırdərya hövzəsinə daxil olan Qaradəryanın sol qoludur. Çay Andican su anbarına tökülür.
Mənbəyi Alay silsiləsinin yamaclarında yerləşən çayın uzunluğu 157 km-dir. Hövzəsinin sahəsi 3750 km² təşkil edir. Kurşab dərin vadidən axaraq, yol boyunca çoxsaylı qollar qəbul edir. Çayın mənsəbində orta su sərfi 24,6 m³/s-dir. Ən yüksək su sərfi (58,6 m³/s) iyun ayında, ən aşağı su sərfi isə (10,9 m³/s) fevral ayında müşahidə olunur.
Çayın qidalanması qar-buzlaq mənşəlidir. May–iyun aylarında sel daşqınları baş verir.
Yay aylarında Kurşabın suları suvarma məqsədilə götürüldüyü üçün çox vaxt Qaradərya çayına qədər çatmır. Su götürülməsi üçün 1954-cü ildə tikilmiş kovş tipli yan suqəbuledici qurğudan istifadə olunur.
İstinadlar
Kateqoriya:Qırğızıstan çayları