Məhəmməd Tahir əl-Qaraxi (; ; ) — Dağıstan ilahiyyatçısı və fəqih (hüquqşünas), Qafqaz müharibəsinin salnaməçisi və İmam Şamilin baş katibi. Müsəlman hüququna dair «Şərh əl-məfruz» və Şamilin rəhbərliyi altında dağlıların azadlıq mübarizəsinin xronologiyasını təcəssüm etdirən "Bariqət əs-suyuf əl-cabaliyyə fi bəd əl-ğazavat əş-şamiliyyə" — "Dağıstan qılınclarının Şamilin bəzi döyüşlərindəki parıltısı" kimi məşhur əsərlərin müəllifidir.

Həyatı Məhəmməd Tahir 1809-cu ildə Qarax cəmiyyətinin avar kəndi olan Tsuldada (indiki Dağıstanın Çaroda rayonu) anadan olmuşdur. Onun dəqiq doğum tarixi məlum deyil. Doğularkən ona Məhəmmədilav adı verilmişdir. İndi tanındığı adı isə ona Şeyx Şamil vermişdir.

Məhəmməd Tahir Dağıstanın bir çox görkəmli ilahiyyatçılarından, xüsusən Korodadan olan Qurban-Məhəmməddən, Angidadan olan Mustafadan, Quhundan olan Hacıdibirdən, Hidatldan olan Məhəmmədəmindən dərs alaraq parlaq təhsil görmüşdür. Təhsilini başa vurduqdan sonra Tlyaroş aulunda qazı təyin edilmişdir. 1847-ci ildən İmam Şamilin katibi kimi fəaliyyət göstərmişdir. Bir müddət Qafqaz İmarətinin müftisi olmuşdur. Ana dili ilə yanaşı, ərəb, çeçen, qumuq, ləzgi və dargi dillərini də mükəmməl bilirdi.

Müharibə başa çatdıqdan sonra Məhəmməd Temirxan-Şuraya (indiki Buynaksk) köçmüş və orada qazı işləmişdir. Sonralar Dağıstan Xalq Məhkəməsində baş qazı olmuşdur. Ömrünün məhz bu dövründə əsərlərinin böyük hissəsini qələmə almışdır. Məhəmmədin nəzr məsələləri üzrə Hacıla-Əli Əl-Aquşi ilə elmi mübahisəsi (polemikası) məşhurdur.

Məhəmməd Tahir tez-tez Şeyx Şamilin və qəzavatın əleyhdarlarına qarşı çıxış edirdi. İmamətin süqutu və insanların çar hakimiyyətinə meyil etməsi onda dərin kədər doğurmuşdu ki, bu da onun əsərlərində öz əksini tapmışdır.

Vəfatı Məhəmməd Tahir 1880-ci ildə vəfat etmiş və doğma kəndi olan Çaroda rayonunun Tsulda kəndində dəfn olunmuşdur. Onun məzarı müsəlmanların ziyarətgahıdır.

Məhəmmədin oğlunun atasının ömrünün son günlərindəki vəziyyətini təsvir etdiyi dəyərli məktub nüsxələri tapılmışdır. Məktub atasının tələbələrindən biri — Cengutay kəndindən olan Abdullanın xahişi ilə yazılmışdır.

Yaradıcılığı Məhəmməd Tahirin yazdığı bəzi kitablar: "Bariqət əs-suyuf əl-cabaliyyə fi bəd əl-ğazavat əş-şamiliyyə" (بارقة السيوف الجبلية في بعض الغزوات الشاملية) — Qafqaz müharibəsinin xronologiyası;Мухаммад Тахир аль-Карахи «Блеск Дагестанских сабель в некоторых Шамилёвских битвах». (Перевод с арабского А. Барабанова, комментированный перевод Т. Айтберова) Типография МСХ ДАССР г. Махачкала, 1990 год. Əz-Zəncani-nin qrammatika üzrə "Təsrif əl-İzzi" (تصريف العزي) əsərinə şərhlər; "Şərh əl-təsrif əl-məqsud" (شرح التصريف المقصود); "Əhsən dəlil əl-təvil li ma vaqaə fi zəman əl-imam Şamil" (أحسن دليل التأويل لما وقع في زمن الإمام شامل) ("İmam Şamilin əməllərinin doğruluğu haqqında traktat"), 1848-ci il; Şamilin dövlətində cərimələr və cəzalar haqqında əsər; "Şərh əl-Məfruz" (شرح المفروض) — İslam hüququna (fiqhə) dair əsər; "Vəsilət əl-əhkam" (وسيلة الأحكام); "Tərcümət əl-Qaraxiyyə" (ترجمة القراخية) — müxtəlif mətnlərin tərcüməsi; "Sullam əs-sullam" (سلم السلم) — məntiq dərsliyinə şərhlər.

Onun ən məşhur əsəri 1830-cu ildən 1872-ci ilə qədər üzərində işlədiyi «Dağıstan qılınclarının Şamilin bəzi döyüşlərindəki parıltısı» kitabıdır. Lakin çar senzurası kitabın çap olunmasına icazə vermədi. Əsəri ixtisar etmək məcburiyyətində qaldılar, lakin senzura bu variantı da qadağan etdi. 1941-ci ildə əsər sovet ərəbşünasları A.M.Baranov və İ.Y.Kraçkovski tərəfindən tərcümə edildi, lakin yalnız 90-cı illərdə nəşr olundu. Kraçkovskinin tərcüməsi isə 1956-cı ildə 1000 nüsxə tirajla işıq yüzü gördü.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Мухаммад-Тахир из Караха (1809—1880 гг.) Биография Мухаммад-Тахира аль-Карахи (1809—1880)