Rendi Şekman () — amerikalı sitoloq və "Hüceyrələrdə əsas nəqliyyat sistemi olan vezikulyar nəqliyyatı tənzimləyən bir mexanizmin kəşfinə" görə 2013-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatının laureatıdır.The 2013 Nobel Prize in Physiology or Medicine - Press Release (англ.). nobelprize.org. Дата обращения: 7 октября 2013. Архивировано 7 октября 2013 года. R.Şekmanın əsas xidməti hüceyrə daşıyıcı zülallarını kodlayan əsas genlərin kəşfindədir.А. Якубовский. Нобелевская премия - 2013 // Наука Урала. — Екатеринбург: УрО РАН, 2013. — Вып. октябрь, № 25-26 (1088). — С. 4. Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyasının (1992-ci ildən)Randy W. Schekman Архивная копия от 30 сентября 2018 на Wayback Machine (англ.) və Amerika Fəlsəfə Cəmiyyətinin (2008-ci ildən) üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (2013-cü ildən),Randy Schekman Архивная копия от 30 сентября 2018 на Wayback Machine (англ.) Kaliforniya Universitetinin professoru, Berkli və Hovard Hyuz Tibb İnstitutunun tədqiqatçısıdır.
Həyat yolu Rendi Şekman 30 dekabr 1948-ci il Minnesota ştatının Sent-Pol şəhərində yəhudi ailəsində anadan olmuşdur. 1960-cı ildə ailəsi ilə bərabər Oranj dairəsinin Rossmur şəhərinə köçmüş və orada Anaheimdəki Qərbi Orta Məktəbini bitirmişdir.Randy Schekman: A passion for yeast. Дата обращения: 8 октября 2013. Архивировано 12 октября 2013 года. Bacısının leykozdan ölümündən sonra erkən vaxtlarda biologiya ilə maraqlanmağa başlamışdır.Randy W. Schekman, PhD. Дата обращения: 8 октября 2013. Архивировано 11 октября 2013 года. Əvvəlcə Kaliforniya Universitetinin Los-Anceles şöbəsindən molekulyar biologiya üzrə bakalavr dərəcəsi almış, sonra Stenford Universitetinin biokimya şöbəsinə daxil olmuşdur. 1999-cu ildə Amerika Hüceyrə Biologiyası Cəmiyyətinin prezidenti olmuşdur. 2007-ci ildən Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü və Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının üzvüdür.10.26.2007 - Ten scientists named fellows of AAAS. Дата обращения: 16 марта 2019. Архивировано 26 января 2021 года.
2006-cı ildən 2011-ci ilə qədər Milli Elmlər Akademiyasının Məqalələr Jurnalının redaktoru, 2011-ci ildən isə eLife jurnalının baş redaktoru olmuşdur.
2013-cü ildə Ceyms Rotman və Tomas Kristian Südhofla bərabər "Hüceyrələrimizdə böyük bir nəqliyyat sistemi olan vezikulyar trafikinin tənzimləmə mexanizmlərinin kəşfinə görə" Fiziologiya və tibb üzrə Nobel mükafatı almışdır.
Mükafatları 1982-ci ildə — Guggenheim Təqaüdü 1994-cü ildə — Rosenstiel mükafatı (Ceyms Rotman ilə bərabər), "İfrazat yolunun komponentlərini təyin etdiyinə görə." 1996-cı ildə — Beynəlxalq Gairdner Mükafatı, "Hüceyrədaxili nəqliyyatda və vezikül birləşməsində iştirak edən zülalların müəyyən edilməsinə görə."Randy W. Schekman - Gairdner Foundation. Дата обращения: 7 марта 2017. Архивировано 8 марта 2017 года. 2002-ci ildə — Albert Lasker Əsas Tibbi Tədqiqatlar Mükafatı, "Membran veziküllərinin əmələ gəlməsini və birləşməsini idarə edən universal molekulyar mexanizmi, qida maddələrinin mənimsənilməsi, hormonların və neyrotransmitterlərin ifrazı üçün vacib olan orqanoidlərin əmələ gəlməsi prosesini aşkar edən kəşflərə görə."2002 Lasker Awards | The Lasker Foundation. Дата обращения: 7 марта 2017. Архивировано 8 марта 2017 года. 2002-ci ildə — Louiz Gross Horvitz Mükafatı 2008-ci ildə — Dikson Mükafatı 2010-cu ildə — Messriy Mükafatı 2010-cu ildə — Uilson Medalı 2012-ci ildə — Hans Noyrat Mühazirəsi 2013-cü ildə — Tibb üzrə Nobel Mükafatı, "Hüceyrələrimizin əsas nəqliyyat sistemi olan veziküllərin hərəkətini tənzimləyən mexanizmlər haqqında kəşflərə görə." 2016-cı ildə — Fiat Lux Fakültə Mükafatı, Kaliforniya Universiteti Məzunlar Assosiasiyası. Cenevrə və Regensburq Universitetlərinin fəxri doktoru.
İstinadlar
Kateqoriya:ABŞ bioloqları Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Amerikalılar Kateqoriya:Biokimyaçılar Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:XX əsr bioloqları Kateqoriya:XX əsr həkimləri