Güyük xan, Moğol İmparatorluğu'nun üçüncü böyük xaqanı (imperatoru), Çingiz xanın nəvəsi və Ögedey xanın böyük oğludur. 1246–1248-ci illər arasında, təxminən iki il kimi qısa bir müddət xaqanlıq etmişdir. thumb|Güyük xanın portrəsi

Şəhzadəlik illəri Güyük xan hələ gənc ikən Çində üsyan qaldırmış Şərqi Sya (Dongxia) krallığının süquta uğradılmasında və Çinin fəthində fəal iştirak etmişdir.Çingiz xanın nəvələrinin iştirak etdiyi böyük qərb yürüşünə qatılmışdır. Rusiya knyazlıqlarının (məsələn, Vladimir şəhərinin) tabe edilməsində, qıpçaqların və Mərkəzi Avropa xalqlarının məğlub edilməsində ordulara komandanlıq etmişdir. Bu yürüş zamanı ordunun baş komandanı olan əmisi oğlu Batı xan (Qızıl Ordanın qurucusu) ilə şiddətli mübahisəsi düşmənçiliyə çevrilmişdir.

Taxta çıxması Taxta çıxması rəsmi olaraq 1241 olsada, Batı xan ilə olan bəzi probləmlərə görə böyük qurultay gecikdi. Nəhayət 1246-cı ilde keçirilen qurultayda Güyük xanlıq taxtına oturdu. Ancaq Batı xan bu qurultayda iştirak etmədi.

Hökmdarlıq illəri

Anasının qərarlarını ləğv etməsi Taxta çıxan kimi anası Töregene xatunun 5 illik naibəlik dövründə verdiyi, xalq və bəzi şahzadələr tərəfindən bəyənilməyən populyar olmayan qərarları, fərmanları dərhal ləğv etdi.

Ümumi Siyahıyaalma İmperiya daxilində vergi sistemini nizamlamaq və əhalinin sayını bilmək üçün böyük bir ümumi əhali siyahıyaalması əmrini verdi.

Vassal Dövlətlərin Tənzimlənməsi İmperiyadan asılı olan Rum (Anadolu Səlcuqlu dövləti) və Gürcüstan kimi vassal krallıqların daxili idarəçiliyi və mərkəzə bağlılığı üçün yeni nizamlamalar gətirdi. Rusiya üzərindəki Moğol nüfuzunu gücləndirərək II Andreyi Vladimirin böyük knyazı təyin etdi.

Mərkəzi Hakimiyyətin Gücləndirilməsi Atasının ölümündən sonra digər Moğol şahzadələrinin özbaşına verdiyi bütün imtiyazları və fərmanları geri çağırdı, hakimiyyəti tək əldə topladı.

Xristianlara Üstünlük Verilməsi Şəxsən Nestorian xristianlığına yaxın olduğu üçün dövlətin mühüm vəzifələrinə və saray müşavirliyinə xristian katibləri təyin etdi.

Batı xan ilə aralarının pozulması və düşmənçilik Düşmənçiliyin təməli 1236–1241-ci illərdəki böyük Qərb (Avropa) yürüşü zamanı qoyuldu. Batı xan Çingiz xanın böyük oğlu Cüçinin varisi kimi bu nəhəng ordunun baş komandanı idi. Ögedey xanın oğlu Güyük və Çağatayın nəvəsi Büri də bu yürüşdə iştirak edirdilər.Osetiyada (və ya bəzi mənbələrə görə Rusiyada) qazanılan bir qələbədən sonra təşkil edilən ziyafətdə baş komandan kimi ilk badəni (qədəhi) Batı xan içdi.Güyük və Büri buna kəskin etiraz etdilər. Onlar Batı xanı "bizi idarə etməyə layiq olmayan, həm hərbi, həm də soy cəhətdən əskik biridir" deyərək təhqir etdilər (Çingiz xanın böyük oğlu Cüçinin qanuni oğlu olub-olmaması ilə bağlı köhnə şübhələrə eyham vururdular).Bu hərbi itaətsizlikdən qəzəblənən atası Ögedey xan Güyüyü dərhal cəbhədən geri çağırdı və onu edam etməklə hədələdi. Güyük atasının sağlığında Batını cəzalandıra bilməsə də, ona qarşı böyük nifrət bəsləməyə başladı.1241-ci ildə Ögedey xan öldükdən sonra Güyüyün anası Töregene xatun oğlunu taxta çıxarmaq üçün fəaliyyətə başladı. Batı xan isə Güyüyün xaqan olmasını əngəlləmək üçün xəstəliyini bəhanə gətirərək illərlə paytaxta getmədi və böyük qurultayı gecikdirdi. Nəhayət, 1246-cı ildə Güyük xaqan seçiləndə Batı xan bu qurultayda iştirak etmədi və onun hakimiyyətini tam könüllü qəbul etmədiyini göstərdi.

Dini Xristianlığın Nestorianlıq qanadına yaxınlığı ilə bilinir və sarayında xristian müşavirlərə üstünlük vermişdir.

Ölümü Aralarındakı köhnə düşmənçilik səbəbindən Batı xanı cəzalandırmaq üçün 1248-ci ildə böyük bir ordu ilə qərbə doğru yürüşə çıxdı. Lakin bu yürüş bitmədən, Səmərqənd yaxınlığında qəfildən öldü.

İstinadlar