Kamal Ələsgər oğlu Qasımov (13 yanvar 1947, Bakı – 17 noyabr 2020) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqının üzvü. Bakı şəhərində və Azərbaycanın digər bölgələrində ictimai binaların, təhsil müəssisələrinin, istirahət zonalarının layihələndirilməsi, mövcud tikililərin yenidən qurulması və şəhər mühitinin abadlaşdırılması sahələrində fəaliyyət göstərmişdir.
Həyatı və təhsili Kamal Qasımov 13 yanvar 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1966–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda ali təhsil almışdır. 1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.
Memarlıqla yanaşı, musiqiyə və vokal ifaçılığına da maraq göstərmişdir.
Musiqi fəaliyyəti Kamal Qasımov məktəb illərindən musiqi ilə məşğul olmuşdur. 160 nömrəli orta məktəbdə təhsil aldığı dövrdə "Ritm" ansamblında çıxış etmişdir. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə daxil olduqdan sonra institutun caz orkestrində və "Sevgilim" caz ansamblında solist kimi fəaliyyət göstərmişdir.thumb|239x239px|Foto fraqment. V. Babayevin “Bakı bulvarları” televiziya filmi
1968 və 1972-ci illərdə Bakı Estrada Mahnıları Festivalının, 1969-cu ildə isə Respublika Komsomol Mahnıları Festivalının qalibi olmuşdur. 1977–1980-ci illərdə kruiz gəmilərində solist kimi çıxış etmişdir. Memarlıq fəaliyyəti Kamal Qasımov əmək fəaliyyətinin müxtəlif dövrlərində Bakgiprogor, Selstroy, Giprotorq, Azərdövləttikintilayihə və ArxiLüks təşkilatlarında çalışmışdır. Onun fəaliyyəti şəhərsalma, ictimai binaların layihələndirilməsi, mövcud tikililərin yenidən qurulması və abadlıq layihələrini əhatə etmişdir.
Bakgiprogor (Bakı Dövlət Layihə İnsitutu) 1972–1975-ci illərdə Bakgiprogor institutunda çalışmışdır. Bu dövrdə Bakıda Lermontov küçəsində skverin yaradılması, Sovetskaya küçəsinin tikintisi üzrə iki variant, 10 nömrəli məktəbin ictimai-idman korpusu və Basin küçəsi (indiki Füzuli küçəsi) boyunca bulvarın layihələndirilməsi üzərində işləmişdir. Lermontov küçəsindəki skver inşa edilmiş və Azərbaycan SSR Dövlət mükafatına təqdim olunmuşdur. 10 nömrəli məktəbin ictimai-idman korpusu da həyata keçirilmişdir. thumb|1975-ci ildə Bakı şəhərində indiki Nərimanov prospektində tikinti və yenidənqurma layihəsi. Müəlliflər: memarlar Əlibəy Novruzi, Hafiz Əmirxanov və Kamal Qasımov.
1985-ci ildə yenidən Bakgiprogor institutunda çalışmışdır. Bu mərhələdə Bakının Binəqədi rayonundakı xəstəxananın, İnturist mehmanxanasının və Bakı Botanika Bağının yenidən qurulması layihələri üzərində işləmişdir. İnturist mehmanxanası onun yenidən qurulması layihəsi ilə əlaqədar olmuşdur. thumb|1973–1974-cü illərdə Bakı şəhərində indiki Nərimanov prospektində tikinti layihəsi. Müəlliflər: Əlibəy Novruzi, Hafiz Əmirxanov, Kamal Qasımov və Zeynəb Quliyeva.
Selstroy (Kənd Təsərrüfatı Layihə İnstitutu) 1984-cü ildə Selstroy təşkilatında çalışmışdır. Bu dövrdə Naxçıvanda Bata-Bat gölü ətrafında istirahət zonasının, İsmayıllıda pioner düşərgəsi və istirahət evinin, həmçinin qəsəbə layihəsinin hazırlanmasında iştirak etmişdir.
Naxçıvanda istirahət zonası layihəsi
429x429px
Giprotorq (Ticarət və İctimai İaşə Müəssisələrinin Layihələşdirilməsi üzrə Dövlət İttifaq İnstitutu) 1986–1994-cü illərdə Giprotorq institutunda fəaliyyət göstərmişdir. Bu dövrdə Bakıda Zeynalabdin və Cəfər Cabbarlı küçələrində piyada zonasının abadlaşdırılması, həmin küçələrdəki binaların birinci və zirzəmi mərtəbələrinin yenidən qurulması layihələrində iştirak etmişdir. Layihələr çərçivəsində Pitsseriya, Bahar kafesi, Zümrüd mağazası, qril-bar və moda atelyesi kimi obyektlər nəzərdə tutulmuşdur.
Memarın layihələri arasında Bakının Bilgəh qəsəbəsində ictimai-məişət mərkəzi, Voroşilov küçəsində restoran və Nizami küçəsində, Bülbül prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı Teatral meydanının abadlaşdırılması da olmuşdur.
Bakı bulvarının abadlaşdırılması və yenidən qurulması üzrə müsabiqə layihəsi birinci yerə layiq görülmüşdür. Qasımov Dənizkənarı parkın yenidən qurulması işlərində müəllif nəzarəti, ərazinin detallı planlaşdırılması və kiçik memarlıq formalarının işlənməsi ilə də məşğul olmuşdur.
1989-cu il müsabiqəsi - bulvar. və 1989-cu il müsabiqəsi - Nargin.
319x319px 279x279px
Azərdövləttikintilayihə 2007–2012-ci illərdə Azərdövləttikintilayihə təşkilatında çalışmışdır. Bu dövrdə Mingəçevirdə 300 şagirdlik məktəbin, Azərbaycanın müxtəlif rayonlarında 40–360 şagird üçün nəzərdə tutulmuş məktəb binalarının, gömrük və inzibati binaların, eləcə də cəzaçəkmə müəssisələrinin layihələri üzərində işləmişdir. Müxtəlif rayonlarda nəzərdə tutulan məktəb binalarının təxminən 70 faizi inşa edilmişdir.
Qaradağ və Lənkəranda yeni tipli cəzaçəkmə müəssisələrinin, Şəkidə isə bu tipli müəssisələrin ayrı-ayrı korpuslarının layihələri üzərində çalışmışdır. Həmin dövrdə Bakıda Gənc Tamaşaçılar Teatrının, Savalan, Drujba, Şəfəq və Nəriman Nərimanov adına kinoteatrların yenidən qurulması layihələrində də iştirak etmişdir.
Nəriman Nərimanov adına kinoteatrın yenidən qurulması layihəsinin hazırlanmasında iştirak etmişdir.
ArxiLüks 2014–2017-ci illərdə ArxiLüks şirkətində çalışmışdır. Bu dövrdə Bakıda əcnəbi uşaqlar üçün nəzərdə tutulmuş məktəbin yenidən qurulması və Şirvan şəhərində məcburi köçkün ailələri üçün yaşayış evlərinin layihələri üzərində işləmişdir. Şirvanda 25 ailə üçün nəzərdə tutulmuş iki yaşayış evi inşa edilmişdir.
Bununla yanaşı, Kamal Qasımov Bakıda Musiqili Komediya Teatrı üçün səhnə həllinin, Qəbələ şəhərində teatrın və Gəncə şəhərində filarmoniyanın layihələrinin hazırlanmasında iştirak etmiş, Bakı buxtasının yenidən qurulmasına dair ekoloji təklif hazırlamışdır.
İstinadlar