Aşağı Ballıqaya (əvvəlki adı: Ballıqaya) — Azərbaycan Respublikasının Goranboy rayonunun Qızılhacılı qəsəbə inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd düzənlikdə yerləşir. 1922-ci ildə Birgöz Ballıqayadan köçüb gəlmış ailələr tərəfindən salınmışdır. Oykonimlər Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır.
Azərbaycan Respublikasının 14 dekabr 2004-cü il tarixli Qanunu ilə Goranboy rayonunun Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ballıqaya kəndinin Aşağı Ballıqaya kəndi adlandırılması qərara alınmışdı.
İstinadlar
Kateqoriya:Goranboy rayonunun kəndləri