Boluslu (əvvəlki adı: Cinli Boluslu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2011-ci il tarixli, 210-IVQ saylı Qərarı ilə kənd Boluslu adlandırılmışdır.
Tarixi Kənd Borçalıdan köçmüş ailələr tərəfindən salınmışdır.B.Ə.Budaqov, Q.Ə.Qeybullayev "Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti"
Toponimikası Boluslu kəndi Gəncə-Qazax düzənliyindədir. Etnotoponimdir.
18-ci əsrdə Gürcüstandakı Bolus (gürcücə Bolnisi) bölgəsindən Qarabağa köçmüş cinlilər tayfasının adı ilə bağlıdır. Toponim "Bolusdan / Bolnisidən gəlmiş cinlilər" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1437 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri