Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır.

Toponimikası XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199912065636432009↗1334↗668↗666

Tanınmış şəxsləri Əlikram Bayramov — müğənni.

İqtisadiyyatı Kənddə 331 təsərrüfat var.

Mədəniyyəti Kənddə Yuxarı Cürəli kənd kitabxana filialı, Yuxarı Cürəli kənd klubu, Yuxarı Cürəli Poçt Şöbəsi (AZ1321) və Yuxarı Cürəli EATS fəaliyyət göstərir.

Təhsil Kənddə Yuxarı Cürəli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə 1993-cü ildə inşa edilmiş Yuxarı Cürəli kənd məscidi yerləşir.

Səhiyyə Kənddə Yuxarı Cürəli kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Yuxarı Cürəli kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri