Binturonq () — Viveralar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Binturonqlar Cənub-Şərqi Asiyada yaşayırlar. Onların yaşama arealı Hindistandan İndoneziyanın Sumatra, Yava, Kalimantan və Plavan adalarına qədər ərazini əhatə edir.
Binturonqlar əsasən ağaclarda yaşayırlar və gecələr aktiv olurlar. Onlar ləng və ehtiyatlı hərəkət edirlər və tullanmırlar. Bununla yanaşı, onlar quyruğunun köməyilə ağaca yaşı dırmanırlar.
Binturonqlar həmçinin yaxşı üzgüçü və dalğıcdır. Onlar tək, yaxud ailə üzvlərindən ibarət kiçik dəstələrdə yaşayırlar.
Kateqoriya:Viveralar Kateqoriya:Hindistan məməliləri Kateqoriya:1821-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Həssas növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar