Əsgər Əliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Həyatı Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ləj kənd qəbiristanlığında dəfn edilmişdir.

Xatirəsi Lənkəran şəhərində Əsgər Əliyev adına Dostluq parkı, küçə və büst açılmışdır.. Lənkəran şəhərinin Haftoni Qəsəbə orta məktəbində Əsgər Əliyevin "Xatirə guşəsi" yaradılmışdır. Bakı şəhərində Əsgər Əliyev adına park açılmışdır. Ağdam şəhərinin Evoğlu Kənd tam orta məktəbi Əsgər Əliyevin adını daşıyır.

İstinadlar

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 83.

Xarici keçidlər

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Lənkəranda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Heydər Əliyev adına Hərbi İnstitutun məzunları