Eldar Qasımov () — azərbaycanlı müğənni,Qasımov, E. Mən də öz dərsimi aldım: [müğənni Eldar Qasımovla müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2015.- 31 iyul.- S.17. Nigar Camal ilə birlikdə Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda "ilin adamı" (2011).

Həyatı Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində doğulub. Ata xətti ilə ulu nənəsi — SSRİ Xalq artisti Mərziyyə Davudova, ulu babası — aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR Xalq artisti Abbas Mirzə Şərifzadə, nənəsi — Azərbaycan SSR Xalq artisti Firəngiz Şərifovadır.

1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil almışdır. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil almış və məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlmişdir. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşamışdır. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənmişdir. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olmuşdur. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil almışdır. Universiteti qırmızı diplomla bitirmiş, 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşdur.

İctimai baxışları 2019-cu ildə şəxsi İnstagram hesabında etdiyi paylaşımla LGBT-yə dəstək olduğunu ifadə etmişdir.

Diskləri 180px|thumb|right|Azərbaycanın 2011 Avroviziya Mahnı Müsabiqəsindəki qələbəsinə həsr olunmuş poçt markası Sinqllar

Albomlar

Kliplər +SayKlipTarix01Running Scared (ft. Nigar Jamal)201102Running Scared (ft. Nigar Jamal)201103I'm Free ft. Aligee 201204Canım 201305The One 201306In Your Head 201307Onu Sən De 201408Closer 2015091&Only 201610Tell Me About Love 201711I Miss You 201712Məsafələr 201913I'll FInd A Way 201914Rising Up 201915Catch If You Fall 202016Laçın 202017Я хочу проснуться в Карабахе 202018Bizi Tanrı Qorusun ft. Nazpəri Dostəliyeva 202119Never Enough 202120Bax Uçuram 202121Sehrli Dünya ft. Ömər Bəbirli 202122Aman-Aman20212310 İl Sonra ft. Nigar Jamal 202124As It Was ft. Mamagama 202225Qoy Getsin (Mashup) ft. Nigar Jamal202226Break Free202327Yad Adam2024

Filmoqrafiya Qorxma, mən səninləyəm! 1919 Oxşarabad

İstinadlar

Xarici keçidlər Facebook səhifəsi Instagram səhifəsi Youtube kanalı Twitter hesabı

Həmçinin bax

Running Scared

Şəcərəsi

Kateqoriya:Tatarəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Azərbaycanın pop müğənniləri