Eldar Həsən oğlu Əliyev— Azərbaycan teatr və kino aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru.

Həyatı Eldar Həsən oğlu Əliyev 1936-cı ildə anadan olub. Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib. İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində rəngarəng obrazlar yaradıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də vəfat edib.

Xatirəsi Eldar Əliyev haqqında "Xoşbəxtliyim" sənədli filmi çəkilmişdir.

Filmoqrafiya 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film) Dəli Kür (film, 1969) Gümüşü furqon (film, 1982) Qız qalası əfsanəsi (film, 1978) Mən ki gözəl deyildim (film, 1968) Papaq (film, 2007) Sən niyə susursan? (film, 1966) Toral və Zəri (film, 1979) Yenilməz batalyon (film, 1965)

İstinadlar

Xarici keçidlər İzlə

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan kinorejissorları